Bia.Az

Pullu sellofan torba: “OBA”da İNSİDENT YARATDI – Azyaşlını “OĞRU” elan edib döydülər

Fakt
 8-03-2023, 12:05     313

Ölkəmizdəki yeni uyğulamalardan sonra dükan və marketlərdə sellofan torbaların satışa çıxarılmasını hərə bir cür qarşıladı. Doğrudur, rəsmilərimiz bunu ekologiyanın qorunması ilə əlaqələndirir. Amma vəziyyət heç də rəsmilərimizin düşündüyü kimi deyil və yenə də küləkli havada göydə uçuşan torbaları seyr etməkdədyik. DİA.AZ bildirir ki, amma bunun fəsadlarını onsuz da maddi durumu aşağı olan vətəndaşlarımız yaşamaqdadır. Elə aşağıda barəsində danışacağımız olayda olduğu kimi.Pullu sellofan torba: `OBA`da İNSİDENT YARATDI
“Bacımın oğlu “OBA Market”dən uşaqlar üçün olan suxarı alıb və ödəniş kassada edib”. DİA.AZ bildirir ki, bunu “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Fuad Məmmədzadə adlı istifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş yazır: “Və “kulok” almayıb, “kurtka”sının cibinə qoyub. Marketdən çıxmaq istəyəndə bir qadın işci uşağı “oğurluq etdiyi üçün” qınayaraq vurub.
Belə şey olar? Uşaq evə gəlib nə qədər ağlayıb. Utanır deyə marketə getmir. 15 yaşlı uşaq üçün bu bir böyük travmadır. Oğru kimi döyüblər uşağı…
Kameraya baxılıb və kassir deyib ki ödəniş olunub”.
DİA.AZ bildirir ki, narazı vətəndaş insident baş verən marketin ünvanını da təqdim edib: Masazır Nazim Əsədov küçəsində yerləşən “Oba” market…
Qeyd edək ki, olaya sözügedən marekt tərəfindən artıq reaksiya verilib. Amma buna rəğmən hadisəni zərərçəkənin dayısı yekunlaşdırıb və onlar şəxsən həmin işçini taparaq uşaqdan üzr istətdiriblər.
Hər halda, yaşanmış bu insidentdə ən böyük travmanı azyaşlı balamız alıb.
Bu pullu torba məsələsinin daha hansı fəsadlarını görəcəyik…скачать dle 12.1