Bia.Az

Milli Məclisin deputatı Ukraynaya gedir - Erkin Qədirli Ali Radada olacaq

Siyasət
 22-02-2023, 12:04     246

Milli Məclisin deputatı Erkin Qədirli fevralın 23-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Musavat.com bununla bağlı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Bildirilir ki, Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində Erkin Qədirli Ukrayna Ali Radasında olacaq, burada həmkarları ilə fikir mübadiləsi aparacaq.

Səfər fevralın 25-də başa çatacaq.

Qeyd edək ki, E.Qədirli keçən il AŞ PA-nın payız sessiyasında Rusiyanın əleyhinə olan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə səs vermişdi.скачать dle 12.1