Bia.Az

Ukrayna “qan gölü”nə çevrilir: Daha 790 rus hərbçisi öldürüldü

Dünya
 29-12-2022, 16:15     140

Ukrayna ordusu son sutkada 790 rus hərbçini məhv edib. Düşmənin 50-yə yaxın müxtəlif texnikası da sıradan çıxarılıb.

Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Fevralın 24-dən dekabrın 29-dək şəxsi heyət arasında düşmənin ümumi döyüş itkiləri təqribən 104 min 560 (gündə +790) nəfər olub.
Bu müddətdə rusların 3018 (gündə +1) tankı, 6047 (+10) zirehli döyüş maşını, 2004 (+5) artilleriya sistemi, 423 (+5) reaktiv yaylım atəş sistemi məhv edilib.

Məhv edilən hava hücumundan müdafiə sistemləri – 212, təyyarə – 283, helikopterlər – 268 (+1), əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatları – 1717 (+10), qanadlı raketlər – 653 ədəd təşkil edib.

Bundan əlavə, 16 gəmi/qayıq, 4675 (+15) nəqliyyat vasitələri və tankerlər, 179 xüsusi texnika da məhv edilib.скачать dle 12.1