Bia.Az

Ermənilərin 58 fazi Paşinyanın fəaliyyətindən narazıdır

Dünya
 25-12-2022, 13:55     185

Ermənistan sakinlərinin əksəriyyəti baş nazir Nikol Paşinyanın fəaliyyətini mənfi qiymətləndirir.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Gallup” Beynəlxalq Assosiasiyasının respublikadakı nümayəndəliyi olan MPG-nin sorğusuna istinadən məlumat yayıb.

Araşdırmaya görə, respondentlərin 38%-i Ermənistan Nazirlər Kabinetinin rəhbərinin fəaliyyətini dəstəkləyir, respondentlərin 57,8%-i əks nöqteyi-nəzərdən çıxış edir.

Qeyd edilib ki, ermənilərin yalnız 23,2%-i Paşinyanın fəaliyyətini müsbət qiymətləndirir, respondentlərin 34,7%-i isə qəti şəkildə onu dəstəkləmir. Ermənistan Nazirlər Kabinetinin fəaliyyəti də əsasən mənfi reaksiyaya səbəb olub - respondentlərin 50,8%-i bəyənmir, 42%-i dəstəkləyir.

Eyni zamanda, ölkənin problemlərindən biri də iqtisadi vəziyyətdir. Belə ki, respondentlərin 12,6%-i bunu müsbət, 32,8%-i mənfi qiymətləndirsə də, ermənilərin əksəriyyəti bunu “orta” hesab edir – 53,9%.скачать dle 12.1