Bia.Az

“Eyvazlı”dan “qaçan” İranın 27 yük maşını yolda ilişdi

Hadisə
 23-12-2022, 01:41     246

Ermənistanın FHN-ə Verin Xotanan kəndi yaxınlığında 27 yük maşınının yolda qaldığı və hərəkəti davam etdirə bilmədiyi haqda məlumat daxil olub.

Yenipress.az xəbər verir ki, xilasedicilərin yardımı ilə uzun zəhmətdən sonra yolda hərəkəti bərpa etmək mümkün olub.

Qeyd edək ki, Qafan-Gorus yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir və Azərbaycan artıq yolu öz nəzarətinə götürərək, ərazidə gömrük və sərhəd postu qurub.


İrandan gələn yük maşınları “Eyvazlı” keçid məntəqəsindən keçməmək və gömrük rüsumu ödəməmək üçün yola alternativ kimi çəkilən dar, ensiz, xüsusilə yük maşınlarının hərəkətinə imkan verməyən təhlükəli sərt döngələrdən ibarət Tatev yolundan istifadə edir. Bu yolda isə ya qəzaya uğrayır, ya da sərt döngələrdə ilişib qalırlar.скачать dle 12.1