Bia.Az

SON DƏQİQƏ! 39 qırıcı eyni anda havaya qalxdı - Gərginlik PİK HƏDDƏ

Dünya
 22-12-2022, 13:33     170

Son zamanlar Çinin ərazi iddiası irəli sürdüyü Tayvana hərbi təcavüzü və Çin Kommunist Partiyasının hədə-qorxuları güclənməkdə davam edir.

Musavat.com xəbər verir ki, Tayvan Milli Müdafiə Nazirliyinin məlumatına görə, çərşənbə günü səhər saat 06:00-dan başlayaraq 24 saat ərzində 39 Çin təyyarəsi hər iki tərəfin hava məkanını pozub.

Bununla yanaşı, Çin ordusunun təlim adı altında bölgəyə 3 döyüş gəmisi göndərdiyini bildirilir.
63a40cb04e3fe0114461fc3d.jpg (15 KB)
Tayvan hava radar sistemlərinin təsbitlərinə görə, qırıcılar adanın cənub-qərbinə, oradan da cənub-şərqə doğru uçuş marşrutu təyin ediblər. Təyyarələr arasında 21 J-16 döyüş təyyarəsi, 4 H-6 bombardmançı və iki erkən xəbərdarlıq təyyarəsinin olduğu açıqlanıb.
Tayvan dənizdə və quruda radar sistemləri vasitəsilə Çinin hərəkətlərini izlədiyini bildirib.
Xatırladaq ki, Çin ordusu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq avqust ayında böyük hərbi təlimlər keçirib. Pekin xarici hökumətlərin səfərlərini adanın müstəqil olaraq de-fakto tanınması və Çinin suverenlik iddiasına meydan oxuması kimi qiymətləndirir.
63a40d394e3fe0114461fc4f.jpg (131 KB)
Tayvan işğal ssenarisini daim diqqətdə saxlayır və Çinin əsl niyyətinin Tayvan boğazında və bütün regionda status-kvonu dəyişmək olduğunu bildirir.
Tayvana görə, Pekin dünyanın ən işlək gəmiçilik marşrutlarından biri olan Tayvan boğazını ələ keçirərək və Sarı dənizi Cənubi Çin dənizinə birləşdirərək beynəlxalq ictimaiyyətin hərəkət və ticarət azadlığına təsir göstərməyi hədəfləyir.скачать dle 12.1