Bia.Az

BMT-də ERMƏNİ ŞÜVƏNLİYİ... – “Heç vaxt, “humanizm naminə” deyib, geri çəkilə bilmərik!”

Siyasət
 21-12-2022, 14:43     155

“Sosial şəbəkələrdə ermənilərin “humanitar fəlakət” yaşadıqlarını dilə gətirən özümüzünkülərə də sual veririk:” Sizlər kimin əmisi oğlusunuz”

Dekabrın 20-də axsam İrəvanın rəsmi müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilib. İclasda Ermənistanın qrurumdakı təmsilçisi Mqer Marqaryan bildirib ki, qurum Azərbaycandan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının müddəalarını tam icrasını, Laçın yolunun təcili açmasını tələb etməlidir.

Həmçinin Qarabağa missiya göndərməyə, orada yaranmış humanitar vəziyyəti dəyərləndirmək üçün faktları müəyyənləşdirməyə, BMT-nin humanitar strukturlarının maneəsiz girişini təmin etməyə çağırmalıdır.
Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev isə Ermənistan tərəfin iddialarına cavab olaraq bildirib ki, “dağlıq Qarabağ” adlı region mövcud deyil və Laçın yolunu da heç kim bağlamayıb.
Əliyevin sözlərinə görə, Bakı yerli ermənilərlə birbaşa kontakt qurur. O, uğurlu kontaktlara nümunə kimi yeni Laçın yolunun çəkilməsini, azərbaycanlı mütəxəssislərin Sərsəng su anbarına ziyarətini vurğulayıb.
“Görünür, Ermənistan və bəzi üçüncü ölkələr yerlərdə müsbət hadisələrdən daha çox narahat olaraq müxtəlif növ provokasiyalara əl atır, gərginlik yaratmağa, kövrək tənzimləmə prosesini pozmağa çalışır. Pis ad çıxarmış, Azərbaycanın təbii resurslarının qanunsuz istismarıyla birbaşa əlaqəsi olan, ancaq regionla heç bir bağlılığı olmayan biznesmen Ruben Vardanyanın Azərbaycanın Qarabağ regionunda peyda olması, bəzi xarici oyunçuların sabitsizlik yaradan hərəkətləri bütün bunların aydın sübutudur” – deyə,Yaşar Əliyev vurğulayıb.
Saatyarım çəkən müzakirələrdə Fransa təmsilçisi də həddini aşaraq Xankəndi-Laçın yolunu dərhal açmağa çağırıb, regiona BMT strukturlarının girməsinin mümkünlüyündən danışıb.
ABŞ təmsilçisi isə yolun bağlanmasının humanitar və siyasi nəticələrini vurğulayıb. Və yolda sərbəst hərəkəti mümkün qədər tez bərpa etməyə çağırıb.
Rusiya təmsilçisi məhz Moskvanın yaranmış böhranın həllindən ötrü ta əvvəldən aktiv çalışdığını söyləyib.
Təhlükəsizlik məsələri üzrə ekspert İlham İsmayıl bildirir ki, müzakirələrdə TŞ üzvlərinin necə keçəcəyini və hansı çağırışların olacağını təxmin etmək elə də çətin deyildi. 


Təhlükəsizlik Şurasında ermənilərin böyük bacısının qabağa düşəcəyi məlum idi və belə də oldu. Fransa təmsilçisi digərlərindən fərqli olaraq daha sərt dildə “heç bir şərt olmadan təcili dəhlizin açılmasına” çağırış edib”,- ekspert əlavə edib.
İ.İsmayıl daha sonra deyib:“Adam az qalır bu adı çəkilən ölkələrin nümayəndələrinə sual versin ki, Laçın yolunun harada olduğunu bilirsinizmi? Yəqin, heç xəritədə belə göstərə bilməzlər. Bu çağırışlardan heç narahat olmağa dəyməz. Bu çağırışlar bir tərəfə, BMT TŞ-nin Ermənistanın Azərbaycan torpaqlarından çıxması üçün qəbul etdiyi dörd qətnaməni ermənilər 27 il veclərinə almadılar, sonda Azərbaycan əsgəri işi həll etdi. İndi adamdan soruşarlar ki, hansı üzlə bizə çağırış edirsiniz və kimin müraciəti əsasında? Sizləri illərlə saya salmayan bir dövlətin müraciətinə nə tez reaksiya verdiniz?
Fransaya sual ünvanlamaq lazımdır ki, yolu açmağı tələb edirsiniz ki, növbəti seçkinizdə də prezidentliyə namizədiniz sərbəst gəlib Azərbaycan torpağında seçki kampaniyası aparsın? Bu ölkələrin nümayəndələrindən soruşmaq lazımdır ki, Sizlər ölkənizə hansısa terror təkilatının silah daşımasına və o silahları Sizə qarşı istifadə etməsinə imkan verirsiniz?
Silah nədi, heç şəkərburanı, hansısa milli yeməyi belə sərhədinizdən buraxmadığınız halda, niyə üstümüzə tuşlanacaq silahların, hərbi texnikanın keçirilməsinə biz göz yummalıyıq? Meksikalılar sərhədə barı çəkən ABŞ-dan da BMT-yə şikayət ediblərmi? Bunu da “humanitar katastrofa” hesab edirlərmi? Bəs, ölkənizdən sərvətlərinizin xəbəriniz olmadan daşınmasına icazə verirsinizmi? Avropadan, eləcə də Rusiyadan bir məşhur rəsm əsərinin hələ orijinalını yox, surətini belə çıxaranda xüsusi icazə və rüsum istəyirsiniz. O zaman bizim qızılın, misin, digər təbii sərvətlərimizin ölkədən çıxarılmasının, ümumiyyətlə istismarının qarşısını almaq istəyəndə niyə Təhlükəsizlik Şurasının iclasını çağırırsınız?”
Ekspert qeyd edir ki, bu ikili standart sahiblərinə xeyli sual ünvanlamaq olar, amma bizə onların ikiüzlü cavabları lazım deyil, biz öz işimizdə olmalıyıq.
“On gündür ki, Laçın yolunda vətəndaş cəmiyyətinin aksiyası davam edir və bizim şərtlər qəbul edilənədək davam da etməlidir, edəcək. Şərtimiz yalnız ekoloji fəlakət yaşanan yerlərdə monitorinq aparmaq deyil. Şərtimiz ilk növbədə Laçın yolundakı dövlət sərhədində nəzarət buraxılış məntəqsinin yaradılması və Rusiya sülhməramlıları ilə birgə nəzarətin həyata keçirilməsidir. Bu şərt qəbul olunmadığı halda Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana adekvat yolun açılması şərti irəli sürülməlidir. Paralel olaraq 10 gün müddətində erməni silahlı qüvvələrin Azərbaycandan çıxarılmasına vaxt qoyulmalıdır. Əks halda hərbi gücün tətbiqi barədə Rusiya sülhməramlılarına xəbərdarlıq edilməlidir”, - İ.İsmayıl vurğulayıb.
Onun sözlərinə görə, bu aksiyadan heç vaxt, “humanizm naminə” deyib, geri çəkilə bilmərik. Ekspert vurğulayıb ki, bu, olduqca neqativ presedent ola bilər.
“Qazın verilməsini qələbələri kimi təqdim edən Ruben Vardanyana ikinci belə bir şans verə bilmərik ki, o da özünü milli qəhrəman hesab etsin, separatçılara ümid vermiş olsun”, - o əlavə edib.
İlham İsmayıl xatırladır ki, BMT-nin müzakrəsini və çağırışlarını, Roma papasının “narahatlığını”, bir sıra dövlətlərin bizə ünvanlanan tələb və çağırışlarını ciddiyə alıb bizi qınayan özümüzünkülər də var.
“Sosial şəbəkələrdə bu adamların açıq şəkildə ermənilərin “humanitar fəlakət” yaşadıqlarını dilə gətirməsi, Azərbaycanın siyasətini tənqid etməsi anlaşılan deyil. Belələrinə də sual veririk:” Sizlər kimin əmisi oğlusunuz”,- o sual edib./“AzPolitika.info”/скачать dle 12.1