Bia.Az

"Avropa Azərbaycanı Ermənistana qurban verməyəcək” – Suren Surenyants

Siyasət
 21-12-2022, 14:26     155

“Aİ-nin monitorinq missiyasından effektiv mexanizm kimi danışmaq hələ tezdir”.

 Bizimyol.info xəbər verir ki, bu sözləri politoloq Suren Surenyants deyib. Onun sözlərinə görə, diplomatik pərdə bir yana qalsın, Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell, faktiki olaraq, Ermənistan xalqının gələn il yeni monitorinq missiyasına ehtiyacı ola biləcəyinə ümid etdiyini bildirib.

“Bir gün əvvəl Borrell Aİ-nin Ermənistanda yeni uzunmüddətli missiyasının başladığını elan etdi. O, regionda davamlı sülhü təşviq etmək məqsədi ilə Aİ-nin Ermənistanda mümkün uzunmüddətli missiyasına yol açacaq keçid qrupu ilə Aİ-nin Cənubi Qafqazda iştirakının yeni mərhələsinin başlandığını elan etdi.

Bu, rutin bəyanatdır, mən onu çox qiymətləndirməyə meylli deyiləm. Məhz missiyanın göndərilməsi barədə qərar qəbul edilərsə, o zaman müzakirə ediləcək nəsə olacaq. Bu arada söhbət yalnız keçid komandasından gedir. Yeni missiyanın həyata keçirilməsinin mümkünlüyünü nəzərdən keçirməlidir”, - deyə erməni ekspert qeyd edib.

Surenyants hesab edir ki, Avropa diplomatiyasının rəhbərinin bəyanatı Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini “istiləşdirmək” üçün növbəti cəhddir.

“Yəni, Aİ çox gözəl anlayır ki, bizim cəmiyyətdə Laçın dəhlizinin blokadası ilə bağlı Rusiya tərəfinə qarşı müəyyən narazılıq var və onlar bu narazılıq üzərində “oynamağa” çalışırlar.

Onlar açıq-aydın deyirlər: “biz sizi unutmamışıq, iştirak etməyə davam edirik və s.”, amma quru fakt ondan ibarətdir ki, Aİ-nin monitorinq missiyası Ermənistanı tərk edib”,- deyə Suren Surenyants qeyd edib.

O vurğulayıb ki, sərhəddə istənilən monitorinq missiyası Azərbaycana qarşı çəkindirici vasitə kimi Ermənistan üçün faydalı olardı.

“Maraqlıdır, niyə biz KTMT-nin belə bir missiyasını rədd etdik”,- deyə o, sual verib.

Ermənistan üçün monitorinq alətlərinin əhəmiyyətindən danışan Surenyants eyni zamanda bu cür missiyaları həddən artıq qiymətləndirməmək barədə xəbərdarlıq edib.

"Bilirsiniz, Avropa rəsmiləri populist bəyanatlar verməyi sevirlər. Aİ müşahidəçilərinin Ermənistanda olduğu müddətdə Ermənistanla Azərbaycan arasında etimad mühitinin gücləndiyini görmürəm. Tam əksi baş verir. Brüssel formatı nəhayət ki, dalana dirənib və Avropa vasitəçilik platforması faktiki olaraq hazırda fəaliyyətini dayandırıb”,- deyə Surenyants vurğulayıb.

Politoloqun fikrincə, bütün geosiyasi mərkəzlər, o cümlədən Aİ üçün Azərbaycan Ermənistandan qat-qat vacib tərəfdaşdır. Və səslənən bəyanatlardan asılı olmayaraq, Avropa Azərbaycanla strateji tərəfdaşlığı Ermənistan naminə qurban verməyəcək
скачать dle 12.1