Bia.Az

Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı

Siyasət
 16-12-2022, 10:15     255

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi müxalif fəal Bəxtiyar Hacıyevin həbsindən şikayətə baxaraq həbs qərarını qüvvədə saxlayıb.

Bakı İstintaq Təcridxanasında saxlanan fəal məhkəmə prosesində deyib ki, dekabrın 15-i səhərdən azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyasına başlayıb.

Novator.az bildirir ki, Xətai Rayon Məhkəməsi dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. Bakı Şəhər Baş Polis İdarəsi ona xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb.

Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.

1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.скачать dle 12.1