Bia.Az

9 hakim məsuliyyətə cəlb olunub

Siyasət
 16-12-2022, 10:12     218

Dekabrın 15-də Məhkəmə-Hüquq Şurasının iclası barədə məlumat yayılıb. Açıqlamada qeyd olunur ki, qanunvericiliyin tələblərinin pozulmasına, vətəndaşların haqlı narazılığını doğuran nöqsanlara görə apellyasiya məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin 6 hakimi intizam məsuliyyətinə cəlb olunub, digər 2 hakim barədə intizam icraatı başlanıb.

Novator.az bildirir ki, 2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var. Şuraya ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.скачать dle 12.1