Bia.Az

ABŞ BVF-nin İrana yardım ayırmasına mane olacaq

Siyasət
 8-04-2020, 15:03     317

ABŞ BVF-nin İrana yardım ayırmasına mane olacaqABŞ yeni növ koronavirusla mübarizə aparmaq üçün Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard ABŞ dolları həcmindəki kreditin verilməsini istəyən İranın bu vəsaiti almasına mane olmaq niyyətindədir.

“bia.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ Prezidenti Donald Trampın Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, İran hökumətinin virusun yayılması ilə mübarizə üçün kifayət qədər vəsaiti var və BVF Tehranı maliyyələşdirərsə, İran bu pulu virusla mübarizə üçün yox, iqtisadiyyatın ABŞ sanksiyalarından zərər görmüş sahələrinə yardım məqsədilə istifadə edəcək və ya vəsaitləri Yaxın Şərqdəki müttəfiqlərinin maliyyələşdirilməsinə yönəldəcək.

“The Wall Street Journal” qeyd edir ki, Vaşinqton BVF-nin ən böyük səhmdarı olmaqla, ölkə tərəfindən istənilən vəsaitin fond tərəfindən ayrılıb-ayrılmayacağını böyük ölçüdə müəyyənləşdirir, lakin təşkilatın digər üzvlərinin ABŞ ilə razılaşmamaq imkanı var və belədə səs çoxluğu hansı tərəfdə olarsa, o qərar qəbul olunacaq.

ABŞ rəsmiləri hesab edirlər ki, İranın Milli İnkişaf Fondunda neft və qaz satışından əldə olunan gəlirdən formalaşan milyardlarla dollar var. Hətta ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk daha əvvəl müsahibəsində bildirmişdi ki, rəsmi Tehran müxtəlif hərbi əməliyyatlara xərclədiyi pulları koronavirusla mübarizəyə yönəltməlidir.скачать dle 12.1