Bia.Az

Rusiya dövlət agentliyindən növbəti fitnəkarlıq – Qarabağdakı qondarma qurumu yenə “respublika” kimi təqdim edir

Siyasət
 4-11-2022, 16:21     163

Rusiyanın “RİA Novosti” agentliyi növbəti dəfə Azərbaycan qanunlarına, onun suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik göstərərək, təxribatçı məlumat yayıb.

“AzPolitika.info” xəbər verir ki, Azərbaycanda yayımı qadağan edilən “RİA Novosti” Rusiyanın Qarabağ separatçılarına “yardıma” göndərdiyi Ruben Vardanyanın “Dağlıq Qarabağın dövlət naziri” təyin olunması barədə xəbər yayıb.

Xəbərdə Azərbaycanın tərkib hissəsi olan bu ərazi “respublika” kimi təqdim olunur və qeyd olunur ki, bu qondarma rejimin “prezidenti” Araik Arutyunyan digər separatçı Artak Beqlaryanı “vəzifəsindən” azad edərək, Vardanyanı onun yerinə təyin edib.


Qeyd edək ki, bundan öncə Rusiyanın “Kommersant” qəzeti Vardanyandan böyük bir müsahibə götürüb və orada da gözlənildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hədyanlara, şər-böhtanlara gen-bol yer verilib.

Onu da xatırladaq ki, 44 günlük müharibə nəticəsində həm keçmişi, həm də gələcəyi “gorbagor” edilmiş Qarabağdakı qondarma rejimin “müstəqilliyini” dünyada yalnız özü kimi üç saxta, separatçı, terrorçu qurum tanıyıb – Abxaziya, Cənubi Osetiya və Dnestryanı “respublika”ları. 

Hər üç qurumun yaradıcısı, sponsoru və himayədarı isə Rusiyadır.
скачать dle 12.1