Bia.Az

Azərbaycan və Ermənistan üçün böhranlı ay başlayır

Siyasət
 1-11-2022, 14:01     176

“Rusiyanın bütün cəhdlərinə baxmayaraq, Soçi görüşünün gündəmindəki mövzuların heç biri ilə bağlı ən azı bir növ razılığa gəlmək mümkün olmadı. Hətta Azərbaycan-Ermənistan sərhəddindəki 45 minlik İran ordusu, Xankəndi şəhərindəki mitinq də nəticə vermədi”.

BİA.AZ xəbər verir ki, bunu Reyting.az-a politoloq Fərhad Məmmədov Soçi görüşünün nəticələrini şərh edərkən deyib.

F. Məmmədovun fikrincə, hazırda Rusiya öz yerini bərpa etməyə çalışır və sülh müqaviləsi prosesinin qaçılmaz olması ilə bağlı reallığı qəbul etməlidir: “Beləliklə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Rusiya prezidentinin qeyd etdiyi kimi, sülhməramlıların taleyi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesindən asılı olacaq. Yəni söhbət Laçındakı keçid məntəqəsindən gedir.

Bu müddət ərzində təbii ki, vəziyyəti dəyişmək cəhdləri - təzyiqlər olacaq. Daha çox Ermənistanda rusiyayönlü qüvvələr və Qarabağ erməniləri vasitəsilə. Lakin Soçi görüşü və zəif bəyanat bu qüvvələrin tempini aşağı saldı. Qarabağ erməniləri də taleyini Rusiya ilə bağlayacaqlarını düşünürdülər”.

Politoloq Rusiyanın fəallığının markerinə baxmağı da təklif edir:

“Vardanyan bu şəraitdə nə edəcək? Paşinyan öz davranışları və bəyanatları ilə rusiyayönlü qüvvələri zərərsizləşdirərək ölkə daxilində özünü təmin edib. Azərbaycan tərəfinin sızdırdığı məlumatlara görə, Paşinyan bəyanata yalnız birbaşa Ermənistanla bağlı məsələləri - sərhəd insidentlərini salmağa cəhd edib. Amma bu da baş tutmayıb”.

F. Məmmədov qeyd edib ki, Avropa İttifaqından olan 40 “Apokalipsis atlıları” (müşahidəçilər) Ermənistanın baş nazirinin beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın pozulmuş, onun fikrincə, ərazi bütövlüyünə yönəldən yeganə nailiyyətidir:

“Bu ay Brüsseldə xarici işlər nazirlərinin, sülh müqaviləsi üzrə ekspert qruplarının, sərhəd komissiyasının görüşləri və liderlərin sammiti planlaşdırılır. Azərbaycan bəyan etdiyi mövqelər çərçivəsində danışıqlar prosesini yüksək səviyyədə davam etdirir. Güman etmək olar ki, Soçi görüşünün zəifliyindən sonra İranın aktivliyi səngiyəcək. Ermənistan rəhbərliyi isə İranın fəaliyyətindən razı deyil. Tehranın regiondankənar qüvvələrin cəlb edilməsinin mümkünsüzlüyü ilə bağlı tezisi Paşinyanı Qərb istiqamətində məhdudlaşdırır. Yalnız regionda ciddi hadisələr baş verərsə, İran öz fəaliyyətini bərpa edə bilər. Ciddi hadisələr dedikdə, dövlət çevrilişinə cəhdi və ya genişmiqyaslı eskalasiyanı nəzərdə tuturam. Əgər yaxın gələcəkdə Ermənistanda dövlət çevrilişinə cəhdlə bağlı həbslər və bəzi siyasi təşkilatlara qadağa qoyulması olarsa, təəccüblənmərəm. Bunun üçün artıq hüquqi və təşkilati hazırlıqlar görülüb”.

Politoloq əmindir ki, artıq böhranlı iki ay başlayır:

“Azərbaycan Ermənistanla Qarabağ erməniləri arasında fərq qoyub. Bölgədəki bütün vasitəçilər və maraqlı tərəflər bu reallığı qəbul ediblər. “Qarabağ münaqişəsi” ilə bağlı kim nə deyirsə desin, sənədlərdə belə bir şey yoxdur və olmayacaq. Bakı vahid gündəmlə hər iki danışıqlar platforması üzrə mövzuları və irəliləyişləri fərqləndirməyə davam edir”.
скачать dle 12.1