bia.az

SON DƏQİQƏ

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək şahmatçılar bəlli olub

10-09-2019, 00:20

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək şahmatçılar bəlli olub

Azərbaycanı şahmat üzrə Dünya Kubokunda təmsil edəcək qrossmeysterlər müəyyənləşib.

Reytinqə əsasən, ölkəni Şəhriyar Məmmədyarovla (2765 xal, 8-ci yer) Teymur Rəcəbov (2759 xal, 13-cü yer) təmsil edəcəklər.

Arkadi Naydiç (2681 xal, 62-ci yer) isə ehtiyat oyunçu kimi göstərilib.

Qeyd edək ki, Dünya Kuboku 9 sentyabr – 4 oktyabrda Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. Turnirdə 128 şahmatçı iştirak edəcək. Ən yaxşı nəticəyə imza atacaq iki qrossmeyster 2020-ci il dünya çempionu titulu uğrunda İddiaçılar Turnirinə qatılmaq hüququ əldə edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
DÜNYA