Bia.Az

“Ayıbdır, öz işləri ilə məşğul olsunlar, amma bunu sənətkar, musiqi adı altında etməsinlər”

Şou
 20-10-2022, 16:33     229

“Toy olanda gedirəm, olmayanda da yox. Müğənnilər var ki, toydan 5-10 manat qazanacaqlar deyə repertuarlarını korlayırlar. Səviyyəsiz mahnılara qulaq asmaq istəmirəm. O müğənnilərə demək istəyirəm ki, sənətlə işləri olmasın, musiqiyə, sənətkara dəyməsinlər. Öz işləri ilə məşğul olsunlar, amma bunu sənətkar, musiqi adı altında etməsinlər. Ayıbdır, olmaz. Bizim musiqimiz bu gündə olmayıb, bütün dünya Azərbaycan musiqisindən danışıb. Niyə bu günə qaldıq biz?”

BİA.AZ xəbər verir ki bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni İlahə Fəda deyib. O daha sonra əlavə edib.

“Bəzən qorxuram həmin müğənnilərə qulaq asım. Fikirləşirəm ki, bunun özü də bir təbliğatdır. Birdən qulaq asandan sonra onlar kimi oxumağa başlayaram. Mən gənclərə məsləhət vermək niyyətində deyiləm, özümü yalnız öz mahnılarımla onlara nümunə göstərə bilərəm. Klassik, səviyyəli musiqiləri dinləyirəm. Flora Kərimovanı, Yalçın Rzazadənin ifalarından ötrü ürəyim gedir”, - deyə sənətçi bildirib.

Müğənni sənətkar bacısı Fədayə Laçından da danışıb.

“Biz 4 bacıyıq, hamımız da mehribanıq. Bizim aramızda körpəlikdən bir pərdə var. Bu da ailə tərbiyəsindən irəli gəlir. Mən onların böyük bacısıyam. Onlara hər zaman ana olmuşam. Fədayə heç vaxt müəyyən sədd, pərdə var ki, onu aşmayıb. Mən Fədayənin sənətini bacısıyam deyə sevmirəm, müğənni, musiqiçi kimi sevirəm”, - deyə müğənni bildirib.

“Niyə heç vaxt imicinizi dəyişmirsiniz” sualına isə müğənni belə cavab verib.

“Arada saçlarımı uzadıram. Amma əksər vaxtlarda qısa saxlayıram. Çünki uzun saçlara qulluq etmək lazımdır. Buna mənim hövsələm yoxdur. Həm də tamaşaçılar o illərdən məni belə görüblər. Göz də öyrəşib”, - deyə İlahə Fəda deyib.
скачать dle 12.1