Bia.Az

“Toy adı qorxulu bir kabusa çevrilib, insanlar dünyaya uşaq gətirməyəcək” - Teleaparıcı Operativ Qərargaha səsləndi…

Şou
 20-06-2021, 18:32     402

“Keçən dəfə Mustafa Cecelinin kosertiylə bağlı efirdə məsələ qaldırdım ki, bu nə deməkdi, yəni bundan ola bilməz ki, xəbərləri olmasın. Adi bir nüans olanda hamısının xəbəri olur. Bu boyda konsert keçirirlər, amma deyirlər ki, bəy-gəlin orda olmasın”. 
Bunu Moderator.az-a açıqlamasında teleaparıcı Rövşanə Ağasəfqızı deyib. Aparıcı toylara icazə verilməsinin vacibliyini vurğulayıb: 

“Düşünürəm ki, artıq bir il yarımdı camaatın xonçası bağlı qalıb. İnsanlar hamısı toy etmək istəyir. Pandemiya dövrü buna imkan vermədi və bu aydın məsələdir. Amma baxın, nə qədər konsertlər keçirildi, restoranlarda 5-6 nəfərlik masalarda əyləşib, yeyib-içib əyənirlər. Təsəvvür edin ki, insanlar qorxusundan toy adını çəkə bilmirlər. Bu nə deməkdir?! Əgər ümumilikdə toplaşmağa, əylənməyə icazə vermirlərsə, onda bütün restoranlar qapadılsın. Hansı ki, şəxsən mən özüm də icazəli bir restoranda 6 nəfərlik masada əyləşib istirahət etmişik, müğənni oxuyub, stolun ətrafında hamı oynayıb və bircə bəy-gəlin çatışmır. Belə çıxır ki, onlarda da virus var. Əgər qadağa-qadağadırsa, onda bütövlükdə əyləncəni yığışdırsınlar, icazə verməsinlər. Belə çıxır ki, problem təkcə bəy və gəlinin həmin masa arxasında oturmasıdır. 
 
Keçən dəfə Mustafa Cecelinin kosertiylə bağlı efirdə məsələ qaldırdım ki, bu nə deməkdi, yəni bundan ola bilməz ki, xəbərləri olmasın. Adi bir nüans olanda hamısının xəbəri olur. Bu boyda konsert keçirirlər, amma deyirlər ki, bəy-gəlin orda olmasın. Virus olduğunu anladıq, onda yığışdırın bu əyləncələri. Hesab edirəm ki, toylara da hansısa formada icazə vermək olar. Ən azı 150 nəfərlik toylara icazə verməlidir. Buna böyük biznes bağlıdır, insanlar evlənmək istəyir. Nə qədər gizli-gizli toy etmək olar”. 
 

R.Ağasəfqızı toylara icazə verilməsiylə bağlı Operativ Qərargaha da səslənib: 

“Sizin kimi mən də toyların gizli keçirilməsini eşidirəm.  Düzdü, bununla bağlı əlimdə elə bir fakt yoxdur. Əgər insanlar bu cür hadisələri eşidirlərsə, yəqin ki, bu faktlar var. Sadəcə mən özüm Bakıda restoranlarda pulumu verib, yeməyimi yemişəm, musiqi səslənib, hamı stolun arxasında əylənib. Biz də masanın arxasında əylənmişik və təsəvvür edin ki, orda ən azı yetmiş, səksən, yüz nəfər insan olub. Sadəcə gözdən pərdə asmaq üçün “indi gəlib cərimələyəcəklər, lütfən sosial məsafə saxlayın” demələri gülməli görünür. Aləm qarışıb, məssəb itəndən sonra vallah heç məsafə saxlayan da yoxdur. İnanın ki, 1-2 saat məlis qızışandan sonra heç məsafə saxlayan olmur. Yalandan niyə danışaq ki. Gedib restoranda yeyib-içirik, amma bəy və gəlin olmaz. Niyə, Nə səbəbə olmaz? Axı insanlar yazıqdı. İnsanlar artıq dünyaya uşaq gətirməyəcək. Hamı gözləyirik ki, toylar bu gün və sabah başlayar. Burdan Operativ Qərargaha səslənirəm və düşünürəm ki, bir yüz nəfərlə toya icazə versinlər. Bir sözlə, hansısa formada toylara icazə verilməlidir. Toy adı qorxulu bir kabusa çevrilib, belə şey olmaz axı”.
скачать dle 12.1