Bia.Az

Atası azərbaycanlı olan rusiyalı müğənni - Rusiya estradasının doğan ulduzu FOTO VİDEO

Şou
 20-05-2021, 17:55     1 827

3 yaşında küçəyə atılan, ilahi səsi ilə rusları heyran qoyan azərbaycanlı Diana kimdir?

"Rusların Diana Аnkudinova adlandırdıqları qeyri-adi səsə malik 18 yaşlı gənc müğənniyə təcili Azərbaycanın əməkdar artisti adı verilsin".
Musavat.com bildirir ki, bu sözləri tanınmış sosioloq Əhməd Qəşəmoğlu bildirib. Sosioloq gənc müğənniyə Azərbaycanın sahib çıxmasını istəyib:

"Siz rusların Diana Ankudinova adlandırdıqları qeyri-adi səsə malik 18 yaşlı gənc müğənnini tanıyırsınız? Tanımırsınızsa, dərhal internetdə onun haqqqındakı məlumatlara baxın. Bir çoxları onu ilahinin yer üzünə göndərdiyi qeyri-adi bir ifaçı hesab edir. Diananın atası Ceyhun adlı həmyerlimizdir - azərbaycanlıdır. Rusiyada evlənib, sonra özü həbsə düşüb, ölüb. Uşaq kiçik olanda anası ona yiyə durmayıb. Uşaq evinə verib. İndi Diana bir neçə dildə oxuyan, dünyanın mütəxəssislərini heyran edən bir müğənnidir. Moskvaya köçüb, orada təhsil alır. Olduqca tərbiyəli, xalqımızın əxlaqına uyğun geyinir, davranır. Ölkəmiz ona dərhal yiyə durmalıdır. Səfir Polad Bülbüloğlu dərhal onu qəbul etməli, dövlətimiz ona bütün lazımi dəstəyi göstərməlidir. O Maqomayevdən də məşhur ola bilər. Elə indi ona dərhal əməkdar artist adı versək, ölkəmizin böyük reklamı olar".

Bəs bütün Rusiyanı öz qeyri-adi səsi və həyat hekayəsi ilə heyran qoyan Diana Ankudinova kimdir?


Musavat.com-un bu barədə kiçik araşdırmasını təqdim edirik.
Hazırda Moskvada yaşayan Diana Ankudinova istedadlı gənc müğənni, Rusiyanın və çoxsaylı beynəlxalq vokal müsabiqələrinin qalibidir.
Diana ilk dəfə beynəlxalq "Çin Gənc Sənətçilər Müsabiqəsi"ndən tanınıb.
Daha sonra isə Rusiyanın 1-ci kanalında keçirilən "Uşaqların Səsi-4" televiziya layihəsinin iştirakçısı olub. 2017-ci ildə Diana estrada janrında oxumaq üzrə gənclər arasında qızıl medala, MDB ölkələri arasında isə xüsusi diplom layiq görülüb.
2018-ci ildə isə Rusiyanın NTV kanalında yayımlanan "Sən Supersən!" televiziya vokal layihəsində qalib olub.

Qeyri-adi səs malik Diananın ifa etdiyi mahnıların internetdə ümumi baxış sayı 350 milyondan çoxdur! Xarici bloggerlər onun barəsində tez-tez paylaşımlar edirlər. Hindistan və Şri Lankada belə Diananın fanatları var.
Çox maraqlıdır ki, "ilahi səs" adlandırılan Diana Ankudinovanın atası azərbaycanlı Ceyhun Ankudinovadır. Diananın tərcümeyi-halında bildirilir ki, o, 2003-cü il 31 mayda Prinoraki Territyasında anadan olub. Onun atası Ceyhun Ankudinov həbsxanaya düşüb. Anası Olqa Ankudinova isə içki düşkünü olub. Diana 3 yaşında olarkən anası onu avtobus dayanacağında qoyub gedib. Diananın dediyinə görə anası çox içir, onu döyür, günlərlər yemək vermirdi.

Anası onu küçəyə atanda doğma xalası bu haqda prokurorluğa məktub yazır. Bu zaman qəyyumluq idarəsi kiçik qızı ailəsindən alaraq, onu Ussuriskdəki körpələr evinə verir. Bir qədər sonra Diana aldığı travmalara görə reabilitasiya olunmaq üçün üçün sanatoriyaya göndərilir. Burada masajçı işləyən İrina Ponikin xüsusi diqqətini çəkir. 5 yaşında Ponik Irina Anatolyevna onu övladlığa götürür və oğlu Dmitri və qızı Anastasiya birgə onu böyüdür. Diana adını da İrina ona qoyur.

Beləliklə İrinanın ailəsində böyüməyə başlayan Diananın hələ kiçik yaşlarından musiqi istedadı üzə çıxmağa başlayır. 5 yaşında ikən vokal qrupuna getməyə başlayır və elə kiçik yaşlarından musiqi müsabiqələrində iştirak edərək, uğurlar qazanır, hər kəsi özünə heyran qoyur.
Diana müsahibələrinin birində "İstəyirəm ki, bütün uşaqların valideyni olsun", deyib.


скачать dle 12.1