Bia.Az

Müğənni Teylor Svift “Forbes”in milyarderlər siyahısına düşüb

Şou
 3-04-2024, 12:42     219

Amerikalı müğənni Teylor Svift ilk dəfə “Forbes” jurnalının tərtib etdiyi milyarderlər siyahısına daxil olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onunla yanaşı, “ChatGPT” chatbotunun yaradıcısı Sem Altman da siyahıya daxil edilib.
Svift cəmi 1,1 milyard dollar qazanıb, Altmanın xalis sərvəti isə 1 milyard dollardır.

Siyahıda 233 milyard dollar sərvəti ilə birinci yeri növbəti dəfə ailəsi ilə birlikdə lüks mal istehsalçılarını birləşdirən LVMH holdinqinə sahib olan fransız iş adamı Bernard Arno tutub.

İkinci yeri “Tesla”nın yaradıcısı, “Space X” və “X” sosial şəbəkəsinin sahibi İlon Mask (195 milyard), üçüncü yeri “Amazon”un yaradıcısı Ceff Bezos (194 milyard) tutub.

Dördüncü yerdə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq (177 milyard) qərarlaşıb, o, şirkətin səhmlərinin artımı hesabına sərvətini 116 milyard artıra bilib. İlk beşliyi “Orakl”ın yaradıcılarından biri Larri Ellison (141 milyard dollar) qapayır.скачать dle 12.1