Bia.Az

Cəmilədən fantastik QONORAR AÇIQLAMASI: - “Sayıb, qurtara bilmirəm…”

Şou
 3-04-2024, 11:36     203

Uzun fasilədən sonra tanınmış aktrsia Cəmilə Tağızadə yeni filmə çəkilib.

Bunu aktrisa Yenicag.az-a açıqlamasında özü deyib. Aktrisa lüks həyat yaşamaq arzusu ilə kənddən şəhərə qasan və bir bir müğənniyə vurulan ərli, uşaqlı qadının obrazını canlandırdığını bildirib.

“6 ildən sonra Azərbaycanda ilk dəfə olaraq romantik komediyada çəkildim. Kənddən şəhərə gəlmək arzusu ilə yaşayan- ərini, uşağını atıb, başqa kişi ilə şəhərə qaçan bir xanım obrazını canlandırıram. Müğənni kişiyə vurulur. Bu günlə səsləşən bir filmdir. Hamımız bilirik ki, bu gün cəmiyyətimizdə belə hadisələr tez-tez baş verir.

Ərini, uşağını atıb Bakıya gözəl həyat yaşamaq xəyalı ilə axışan qadınlar var ki… Elə bilirlər ki, şəhərdə hamı lüks həyat yaşayır, qaz vurub qazan doldurur, amma gələndən sonra görürlər ki, arzuladıqları həyat bu deyil. Acgöz, nəfsi ilə uğraşan, görməmiş bir qızın obrazında çəkilmək aktrsia olaraq mənim üçün maraqlı oldu. “Şor biznes” adlı bu film may ayında ekranlara çıxacaq”.

Filmdən alacaq qonorarın məbləğini soruşanda aktrisanın cavabı yarızarafat-yarıgerçək belə oldu:
“Filmdə ən yüksək qonorı mən almışam. Sayıb-sayıb qurtara bilmirəm. Qorxuram desəm, gözə gələrəm”.


скачать dle 12.1