Bia.Az

"Təqsirimi sübut edənə 1 milyon manat mükafat verəcəm" - Hüquqşünasdan böyük vəd

Sosial
 26-08-2022, 19:05     331

"Təqsirimi sübut edənə 1 milyon manat mükafat verəcəm".

BİA.AZ xəbər verir ki, bu sözləri Qaynarinfo-ya tanınmış hüquqşünas Əliabbas Rüstəmli deyib.

Əliabbas Rüstəmli 2014-cü ildə Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hüquqşünas 7 il azadlıqdan məhrum edilib. 2019-cu ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsini şərti çəkməklə azadlığa buraxılıb.

Əliabbas Rüstəmli ilk gündən təqsirsiz olduğunu bəyan edib. Ona qarşı irəli sürülən ittihamların qondarma olduğunu vurğulayıb. Hüquqşünas həbsdən çıxdıqdan sonra bəraət almaq üçün hüquqi mübarizəyə başlayıb.

Əliabbas Rüstəmli bizimlə söhbətində bildirib ki, müraciətlərinə baxmayaraq, hələ ki, onun işinə baxan yoxdur: "Ona görə də cinayət işinin materiallarını sosial şəbəkələrdə yaymışam. Buyurub tanış olsunlar və kimsə bu mənim günahkar olduğumu sübut edəcəksə, ona 1 milyon manat mükafat verəcəm. Bu boğazdan yuxarı deyilən sözlər deyil”.
скачать dle 12.1