Bia.Az

Füzulidə Komitə sədri Əli Sadıqov sələfinin yolu ilə gedir - Səttdar Mehbalıyevin NƏZƏRİNƏ!

Sosial
 26-08-2022, 13:55     422

BİA.az-a Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin sədri Əli Sadıqov barədə şikayət məktubu daxil olub. Məlumatda bildirilir ki, Komitə sədri Əli Sadıqov sələfinin yolu ilə gedir. Yəni işi-gücü bəzi tədbirlərdə təbrik nitqi söyləmək, dirlom və fəxri fərman paylamaqdır. Şikayətcinin redaksiyamıza göndərdiyi məlumatlarda Əli Sadıqovun öz fəaliyyətində yol verdiyi ciddi nöqsanlara dair açıqlamalar yer alıb. Aldığımız məlumatlarda vurğulanır ki, komitə sədri daha çox öz şəxsi maraqlarının təminatı baxımından yararlanmaqdadır.

Məlumdur ki, AHİK-nın sədri Səttdar Mehbalıyev həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəridir. Məhz bu səbəbdən də Füzuli rayon Komitəsinin sədri Əli Sadıqovun fəaliyyəti bilavasitə Səttar Mehbalıyevin kurasiyasına aid edilir. Xüsusi olaraq, daxil olan açıqlamalarda, komitə sədrinin bir çox maxinasiyalarından bəhs edilir. Qeyd olunur ki, komitənin vəsaitlərinin mənimsənilməsi və istirahət evlərinə göndəriş vərəqələrinin (putyovka) verilməsi xüsusunda həyata keçirilən müxtəlif maxinasiyaların sayəsində hazırda bu şəxs kifayət qədər zəngin bir insana çevrilmişdir. Məlumatlara görə, ATİAHİ-nın Füzuli rayon Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. Bu səbəbdən də komitənin sədri Əli Sadıqovun yarıtmaz fəaliyyətindən müxtəlif instansiyalara ünvanlanan şikayətlərin sayı durmadan artır. Açıqlamalarda qeyd olunur ki, hər ay ittifaq üzvlərinin ödədikləri vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir.

Belə ki, əgər bir vaxtlar bu pullara müəllimlər respublikadan kənar müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər də, elə ölkə daxilində fəaliyyət göstərən müalicə-istirahət ocaqlarında həmkarlar rəhbərlərinin şəxsi mənafeylərinə xidmət edir. Bəzi əsassız iddialara görə, bu gün həmkarlarda yığılan pullar guya ki, elə müəllimlərin "bülleten” pullarının ödənməsinə sərf olunur. Halbuki bu vəsaitin ayrılması qətiyyən həmkarlar ittifaqlarının səlahiyyətində deyil. "Bülleten pulu” həmkarların əlində müəllimlərə təzyiq üçün bir vasitədir. Əslində bu vəsait vətəndaşların vergilərindən və sığorta pulundan verilir. Biz ötən materialda da qeyd etmişdik ki, bu gün AHİK-nın tamamilə korrupsiyalaşmış təşkilat olduğu heç kim üçün sirr deyil. Hətta təşkilatda çalışan bir çox şəxslərin özləri də etiraf edirlər ki, AHİK-nın fəaliyyətindən daxil olan şikayətlərin araşdırılması ölkənin prokurorluq orqanları üçün belə imkansızdır. Digər tərəfdən isə vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə yaradılmış nəhəng bir ictimai qurumu korrupsiyada ittiham və ifşa etmək elə də asan məsələ deyil.

AHİK-nın korrupsiya mexanizmi isə hər bir vətəndaşın işə götürüldüyü andan fəaliyyətini bir qədər də genişləndirir. Belə ki, hər hansı müəssisəyə işə yeni qəbul olunan vətəndaş həmkarlar ittifaqına üzv etdirilmək üçün ərizə yazır, vəsiqə alır. Həmçinin bu işçinin maaşından həmkarlara pul tutulması üçün də ayrıca ərizə yazılmalıdır. Ancaq indi demək olar bütün müəssisələrdə bu prosedurlar avtomatik həyata keçirilir. Yəni işçinin adı mühasibat kağızına düşən kimi, onun maaşından həmkarlara pul tutulur. Güclü maddi baza isə təbii ki, bir çox problemlərin həllini təmin edir. Əlbəttə ki, bu zaman sıravi həmkarların deyil, Əli Sadıqov kimi və daha yüksək rəhbər vəzifəli məmurların "problemlərinin” həlli nəzərdə tutulur...

Heç kimə sirr deyil ki, bu gün təhsil işçilərinə, məktəblərə, müəllimlərə, gələcəyimiz olan gənclərə xüsusi diqqət və qayğı göstərilir və bir mətbuat orqanı olaraq bunu yazılarımızda xüsusilə vurğulamışdıq. Bu qayğıda görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon Komitəsini payı nə qədərdir? Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, müəllimlərin müalicə və istirahətinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görməli, müəllim əməyinin stimullaşdırılması və qiymətləndirilməsi, təhsil işçilərinin əmək hüquqlarının qorunması və pensiya təminatı sahəsində əlindən gələni əsirgəməməlidir. Şikayətci sual edir:"Görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin sədri Əli Sadıqov bu yöndə nə kimi işlər görə bilib? Görəsən Əli müəllim bir komitə sədri olaraq kecən tədris ilində Füzuli rayonunun hansı bir kənd məktəbinə baş çəkmiş, kollektivlə görüşmüş, həmkarlar ittifaqının fəaliyyətini nəzərdən keçirmişdir?

Məlum olduğu kimi Füzuli rayonu əsasən kasıb kəndlərdən ibarətdir. Bu kəndlərin sakinləri iş üçün əsasən paytaxta və rayon mərkəzinə üz tutduğundan daimi iş yerləri yalnız məktəb və uşaq bağçalarıdır. Məktəblərdə işləyən müəllimlərin başqa işlərlə məşğul olmağa vaxtları olmadığından maaşın ümidinə qalırlar. Odur ki, kəndlərdə elə sosialyönümlü problemlər yaranır ki, məktəb hər müəlliminə kömək etmək iqtidarında olmur. Ona görə də, bir çox sosialyönümlü və digər xarakterli problemlərin həlli birbaşa həmkarlar ittifaqı komitəsinin səlahiyyətləri çərçivəsində olur. Maraqlıdır, görəsən Əli Sadıqov bir Komitə sədri kimi son dəfə nə vaxt sosialyönümlü problemlərini həll etdiyi rayon təhsil işçilərindən birini bizə göstərə bilərmi? Maraqlıdir, görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin sədri yerli Təhsil Şöbəsinin rəhbəri ilə birgə üzv olan hansı təşkilatlara baş çəkmiş, onların problemləri ilə yerində maraqlanmışlar? Adıçəkilən hər iki qurum təhsil müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması yönündə nə kimi maarifləndirmə işləri aparmışlar? Görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon Komitəsi son illər hansı bir xəstə müəllimin əməliyyat pulunu öz üzərinə götürüb, yaxud onun müalicəsinə köməklik göstərib, istirahətini təşkil edib? İstirahət demişkən,onu təşkil edər. Amma xəstələri deyil, sağlam adamları, sanatoriya biletinin yarı qiymətinə.

ARDI VAR...

Qarşı tərəfin də fikirlərinə yer verməyə hazırıq!

BİA.az
скачать dle 12.1