Bia.Az

İPOTEKA İLƏ EV ALANLAR ÜÇÜN QAYDALAR SƏRTLƏŞDİRİLİR - Mənzillərin qiyməti ucuzlaşacaq + VİDEO

Sosial
 11-08-2022, 14:39     265

Adında mənzil olan və ipoteka almaq istəyən şəxslər üçün qaydalar sərtləşdirilir.  İTV xəbər verir ki, evi olan şəxslər daha çox ilkin ödəniş etməli olacaqlar.

Yeni qaydaya görə, mənzil sahibi olan vətəndaşlar ipoteka ilə almaq istədikləri evin dəyərinin ən azı 30 faizini ilkin ödəniş kimi ödəməlidirlər.
Yeni qaydalar Mərkəzi Bankın kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərində təsbit olunub.

Ekspertlər yeni qaydaların tələbatın azalmasına və mənzillərin qiymətinin ucuzlaşmasınas səbəb olacağını bildirirlər. 
Ətraflı süjeti təqdim edirik:



скачать dle 12.1