Bia.Az

Ağsu Rayon Mərkəzi Xəstəxanasında hər iş günün tələbləri səviyyəsində qurulub - FOTOLAR

Sosial
 7-02-2022, 10:35     504

Ağsu Rayon Mərkəzi Xəstəxanası vətəndaşların ən çox müraciət etdiyi bir caglamlıq ocagıdır. Xəstəxananın İcbari Tibbi Sığortaya keçidi əhaliyə xidməti daha da şəffaflaşdırıb. Müraciət edən insanlar lazımı həkimlərə yönəldilir, həkim məsləhət bildikdə isə USM-dən, laborotoriyadan pulsuz şəkildə istifadə edirlər. Burada vətəndaşların problemləri diqqətlə dinlənilir, onlara uyğun müayinə və müalicə tədbirləri həyata keçirilir. Yüksək standartlara cavab verən müasir xəstəxanada peşəkar həkimlər və tibb işçiləri vəzifələrini vicdanla yerinə yetirirlər. Xəstələr dövlət tərəfindən onlara ayrılan dərman peraparatları ilə mütəmadi təmin olunur. Bundan əlavə əlilliyi olan insanlara lazımı vasitələr dövlət tərəfindən verilir. İstər onlara ayrılan dərmanların, istərsə də digər ləvazimatların alınmasında vətəndaş hər hansı bir çətinliklə qarşılaşmır.

COVİD19 virusunun yayılma arealının qarşısının alınması üçün xəstəxananın direktoru Əli Hüseynov başda olmaqla bütün heyyət səylə çalışır. Xəstəxana daxilində bütün ərazilər, palatalar hər günün sonunda dezinfeksiya olunur. Virusa yoluxmuş insanların evləri, insanların çox cəmləndiyi dövlət obyektləri də daima nəzarətdə saxlanılır, yüksək səviyyədə dezinfeksiya olunur. Xeberci.info olaraq bir neçə dəfə dezinfeksiya prosesini işıqlandırmışıq.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının belə qüsursuz fəaliyyət göstərməsində heç şübhəsizki, əvvəllər direktor müavini olmuş, daha sonra isə Ağsu Rayon Mərkəzi Xəstəxanası publik şəxsin direktoru təyin olunan Əli Hüseynovun rolu danılmazdır. İş və istirahət saatının olmasından asılı olmayaraq daima öz iş otağında vətəndaşları qəbul edərək onların problemləri ilə yaxından tanış olduqdan sonra onları lazımı həkimlərə yönəldərək əlindən gələni etməyə çalışır. Şəhid ailələri və qaziləri xüsusi diqqətdə saxlayan Əli həkim onların bütün problemlərinin həllinə səylə çalışır. Biz də Xeberci.info olaraq xəstəxananın direktoru Əli Hüseynov başda olmaqla bütün tibbi personalına öz şərəfli işlərində uğurlar arzu edirik

BİA.AZ











скачать dle 12.1