Bia.Az

"Sədərək" və "Binə" bazarları arasındakı bərbad yol - İLLƏRDİR HÖKM SÜRƏN MÜƏMMA...

Sosial
 27-11-2020, 15:46     468

Istəkli oxucular! Bizim bu iki məşhur bazarlarımızın sahibləri bir qədər pul tapa bilmədiklərindən, bu bazarların aralarındakı maşın yolunun hansı dərəcədə “hamar olmasını” siz oxucular biz yazarlardan yaxşı bilirsiniz. Yəqin ki, bu yolu düzəltdirmək üçün məmləkətimizdə heç kimin, heç cür maddi imkanı yoxdur. Elə məmləkətimizin bu yolu düzəltməli olan təşkilatlarının da buna maddi imkanları yoxdur. Maraqlıdır: bu yol paytaxt ərazisindəki iki böyük bazarı “Binə Ticarət Mərkəzi” ilə ”Sədərək bazarlarını birləşdirən yoldur.

Qeyd edək ki, müstəqilliyimzin ilk illərində «Aeroport» yarmarkası adı ilə fəaliyyət göstərən ticarət mərkəzi hələ də yaddaşlardan silinməyib. Əslində həmin bazarın təyyarələrin enib qalxdığı aeroporta heç bir aidiyyəti yox idi. Sadəcə, bazar «Binə» aeroportuna yaxın ərazidə yerləşdiyi üçün bu adı daşıyırdı. Həmin ticarət mərkəzi iki böyük bazarı- «Sədərək» və «Binə»ni özündə birləşdirirdi. Azərbaycana neft gəlirlərinin sürətli axınından sonra ölkədə və xüsusilə də paytaxtda böyük quruculuq işləri aparılmağa başladı. Bu bazarların yeni ünvanına köçürülməsi üçün hansı əməliyyatlar aparılması da heç də diqqətimizdən yayınmamışdır.

Ona görə də ilk öncə bu bazarların sahiblərinin yüksək mənsəəb sahibləri olmasını nəzərə alaraq, həmin bazarların adlarını belə yazmağı bəzi şəxslər bizə məsləhət görmədilər. Lakin, bu millətin həmin yolu gedərkən nə qədər əziyyətlər çəkməsi bizim diqqət mərkəzimizdən heç cür çıxmadı ki, çıxmadı.

Qeyd edək ki, bir vaxtlat həmin yolla hərəkət edən avtobusların marşrut sürücüləri məcburiyyət qarşısında qalaraq, həmin yoldakı dərələri doldurmaq məqsədi ilə xüsusi adam təşkil etmişdirlər ki, bu adam da həmin yola torba ilə torpaq daşıyıb, tökürdü. Bu yolla da həmin yoldakı dərələr nisbətən dolsa da, amma, elə, dərələr  bu gün də dərə olaraq qalmaqdadır.  Nədənsə, avtomobillərin həmin bazarlara daxil olması üçün hər birindən 50 qəpik pul alan bazar sahibləri, bu bazarlar arasında hərəkət edən avtomobillərin bubazarlar arasında rahat hərəkət etmələri üçün heç bir iş görməyirlər.

Prezident İlham Əliyevin hətta qəsəbə və kəndlərin daxilində yolların təmir olunması ilə bağlı göstərişi olsa da nədənsə bu yola tərəf heç cür baxmaq istəyən yoxdur ki, yoxdur. Bu yolun həmin vəziyyətə düşməsi barədə müxtəlif versiyalar səsləndirirlir. Bəziləri deyir ki, yol AAYD-nın balansında deyil. Digər tərəfdən yerli bələdiyyənin balansında pul yoxdur, deyə əsas gətirirlir. Vətəndaşlar isə belə düşünürlər ki, bu iki bazarın rəhbərlikləri arasında olan rəqabətin nəticəsindən irəli gəlir. Bu bazarlar arasında vətəndaşlar normal hərəkət etməsinlər deyə yol illərdir ki, bu vəziyyətdə qalıb. Yəqin ki, əsl səbəbi aidiyyəti qurumlar açıqlayar. 

Görəsən, adı çəkilən bu yolun təmir olunması barəsində bazar sahibləri nə düşünürlər? Axı, həmin bazarların sahibləri pul əldə etməkdən ötrü bu millətin başına gətirdikləri oyunlar barəsində məlumatlar heç də diqqət mərkəzimizdən yayınmamışdır. hələ, onların keçmişlərini bir daha xatırlamasını onlardan xahiş edərdik. Bunlardan biri  kafedə "Afisiyyant" vəzifəsində çalışmış, digəri isə....

Bu yolun gələcək taleyi daim bizim diqqət mərkəzimizxdə olacaqdır.


Baloğlan Mirzəli,
Qaynarxett.az
скачать dle 12.1