Bia.Az

İşıq və qaz pulu ödənişində yeni QAYDA

Sosial
 12-06-2025, 00:52     525

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gündəliyində olan “Qaz təchizatı haqqında” yeni qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə, qaz təchizatı sektorunda tətbiq olunacaq tənzimlənən qiymətlər (tariflər), eyni zamanda sabit tariflərlə bağlı bəzi məqamlar cəmiyyət üçün tam aydın deyil.

Globalinfo.az-ın məlumatına görə, layihəyə əsasən, qazın nə qədər istifadə edilməsindən asılı olmayaraq, hər bir istehlakçı üçün müəyyən edilən aylıq sabit ödəniş “sabit tarif” sayılacaq və bu ödəniş qaz istehlakından asılı olmayan sabit xərcləri qarşılamaq məqsədilə tətbiq olunacaq. Sektorda tariflər tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında yerləşdiriləcək. Maraqlıdır ki, sənəddə hər iki müddəa üzrə tariflərin necə hesablanacağı qeyd edilməyib. Lakin anlaşılan odur ki, 2028-ci ilin iyulundan yaşayış olmayan evlər də sabit tarif əsasında qaz və işıq pulu ödəyəcəklər.
qaz isiq2İqtisadçı-ekspert Natiq CəfərliTeleqraf-a bildirib ki, bu vətəndaşların ödədikləri vergilərlə qaz-enerji infrastrukturunun qurulmasında iştirakı deməkdir:
“Çünki ölkədə infrastruktur layihələrinin çoxu büdcə hesabına həyata keçirilir. Getdikcə neft gəlirləri azalır, hökumət büdcədən subsidiyaları kəsərək həmin vəsaiti vergi şəklində vətəndaşa yönəldir. İkincisi, vətəndaşların seçimi yoxdur. Su, işıq, qaz dövlət şirkətlərinin əlindədir, bizim hüquqlarımızı kim qoruyacaq?! Saatlarla işıq, qaz, su olmayanda şirkətlər vətəndaşlara kompensasiya ödəyəcəklərmi?”.
Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə söyləyib ki, bu gün Bakıda daimi yaşayış olmayan həyət evlərinin sayı çoxdur:
“Bunlar əsasən təmirsiz mənzillərdir. Mənzil fondunun 1%-ni belə təşkil etməyən, çox cüzi sayda mənzillərdə hazırda yaşayış yoxdur. Lakin bağ evləri, koteclər kimi daimi yaşayışın olmadığı fərdi yaşayış evlərinin sayı həddən artıq çoxdur. Elə adam var ki, onun 5 bağ evi var. Hansiki bu əmlaklar qaz təchizatına qoşulublar. Təbii qazdan istifadənin yüksək olduğu qış aylarında həmin evlərdə orta sərfiyyat olmur. Yay aylarında isə aylıq ödəniş 10 manata belə çatmır. Bir sözlə, normal halda fərdi yaşayış evinin orta aylıq qaz sərfiyyatı 50 manat təşkil edirsə, belə əmlaklarda 3-4 ay üzrə sərfiyyatın dəyəri 10 manat olur. Əslində hökumət burada tənzimləyici bir rəqəmin tətbiqinin vacibliyini düşünür”.скачать dle 12.1