Bia.Az

DİQQƏT! Qarpızda bu əlamətlər varsa, almayın! – Öldürə bilər

Sosial
 10-06-2025, 13:23     549

Xəbər verdiyimiz kimi, Saatlı rayon sakini 20 yaşlı Dərya Ağayeva vəfat edib. Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər. Bu hadisə sözügedən meyvənin təhlükəsizliyi və düzgün istehlakı mövzusunu yenidən gündəmə gətirib.

Qarpızdan zəhərlənməmək üçün məhsulu hansı ayda yemək olar? Vətəndaşlar nələrə diqqət etməlidirlər?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, hazırda qarpız mövsümü deyil:

“Yerli qarpızlar avqust ayında yetişir. Hazırda satışda olanlar isə süni yolla istixanalarda becərilən, İran və digər ölkələrdən idxal olunan məhsullardır. Ümumiyyətlə, istixanalarda yetişdirilən meyvələrə müxtəlif kimyəvi maddələr əlavə edilir və onlar çox vaxt qarpızın tərkibində toplanıb qalır. Əgər qarpızın zoğları iridirsə, ağ rəngdədirsə və xarlığı yetərincə deyilsə, deməli, meyvədə problem var.”

adillAdil Qeybulla
Ekspert bildirib ki, belə meyvələri az yemək məqsədəuyğundur:
“Təəssüf ki, bəzən qarpızdan zəhərlənmə halları müxtəlif xəstəliklərə, o cümlədən qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu, meyvənin tərkibində olan kimyəvi maddələrlə əlaqədardır. Nəfsinə nəzarət edə bilməyən şəxslər, heç olmasa, qarpızı minimal miqdarda qəbul etməlidirlər.”скачать dle 12.1