Bia.Az

Bahalı bayram plovu: - Süfrənin “şahı” neçəyə başa gəlir?

Sosial
 20-03-2024, 01:01     351

Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur.

Novruz bayramı bəzi bölgələrimizdə martın 20-si, bəzilərində 21-i qeyd olunsa da, bəzi yerlər isə elə ilaxır çərşənbəni Novruz bayramı olaraq qeyd edir. Azərbaycan mətbəxinin “şahı” hesab olunan plov bu bayramda da süfrələrin bəzəyinə çevirilir.

Bəs, bayram plovu bir ailə üçün neçəyə başa gəlir?

Dia-az.info plov, plov qarası və qazmağı üçün istifadə olunan inqridentlərin qiymətini təqdim edir:

Düyünün orta qiyməti 5-7 manat arasında dəyişir.

Qaraya əlavə edilən çərəzlərin qiyməti aşağıdakı kimidir: 1 kq alça qurusu 12-14 manat; ərik, gavalı qurusu 8-12 manat; Yarım kq təmizlənmiş şabalıd - 7,50 manat; toyuq əti - 7-10 manat; mal əti - 13-14 manat; qoyun əti - 17 manat; kərə yağı - 18 manat; soğan - 90 qəpik; sarıkök - 1,50 manat.

Qazmaq üçü istifadə olunacaq yumurtanın ədədinin qiyməti 17 qəpikdir. Lavaşla hazırlayanlar üçün lavaş qiyməti 1,50 təşkil edir.

Yəni 4 nəfərlik bir ailənin bayram plov ümumilikdə 35-36, əgər digər xərcləri də nəzərə alsaq, 40 manat arası dəyişir.

Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində nəzərdə tutulub.
скачать dle 12.1