Bia.Az

Gözlənilən Əfv fərmanı ilə bağlı AÇIQLAMA - Bu ayda...

Sosial
 19-03-2024, 14:29     373

Novruz bayramı ərəfəsində Əfv fərmanının imzalanması ənənəvi xarakter alıb. Uzun illərdir ki, əlamətdar tarixlərdə, milli bayramlarda cənab Prezident tərəfindən Əfv fərmanı imzalanır, yüzlərlə ailə sevinir. Bu il də biz gözləyirik ki, növbəti Əfv fərmanı imzalanacaq”. Bu sözləri “Sherg.az"a açıqlamasında D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin sədri Novella Cəfəroğlu gözlənilən Əfv fərmanı ilə bağlı açıqlamasında deyib. N.Cəfəroğlu qeyd etdi ki, Əfv fərmanı imzalanacaq, amma martda deyil, may ayında:
" Əfv fərmanı ilə bağlı bir çox instansiyalara müraciət etmişik. Məlumatımız belədir ki, Əfv fərmanı olacaq, amma indi yox, may ayında. Həm Əfv fərmanı olmalıdır, həm də Amnistiya Aktı".
N.Cəfəroğlu qeyd etdi ki, Azərbaycan güclü dövlətdir, Qərbin, Avropa təsisatlarının da, ABŞ-nin də hər hansı təzyiqlərini dəf etmək gücündədir:
" Amma gərək biz hansısa dövlətlərin, beynəlxalq təşkilatların bizə siyasi hücum etməsinə imkan verməyək. Azərbaycan dövləti jurnalistlərin və ya siyasilərin qaldırdığı məsələlərə cavab verməyə qadirdir və cavablarını veririk də. Kimlərisə həbs etməklə bəzi dövlətlərin, beynəlxalq təsisatların əlinə lazımsız yerə imkan yaranmış olur. Əsassız təzyiqlər başlayır dövlətimizə. Ölkəmizdə çox yüksək səviyyədə prezident seçkiləri keçirildi, vətəndaşlar öz seçimini etdi. Bundan sonra çalışmalıyıq ki, hüquqi dövlət quruculuğu istiqamətində irəliləyək. Məhkəmələr sifarişli qərarlar çıxarmasın, qərarlarında hüquqa söykənsinlər. Bu gün biz hamımız bir yerdə, birgə olmalıyıq".
скачать dle 12.1