Bia.Az

Yeni Suraxanı sakinlərinin şikayətinə niyə baxılmır? - İDDİA + VİDEO

Sosial
 23-02-2024, 12:11     291

Yeni Suraxanı rayonu, 14 İyul küçəsindəki sakinlər yol problemindən əziyyət çəkirlər.

Belə ki, sözügedən ərazidə mütün məhəllələrə asfalt örtüyü döşənsə də, 4-cü məhəllə asfaltlanmayıb. Sakinlər deyirlər ki, təxminən 500 metr məsafəni palçıqlı yolla getmək məcburiyyətində qalırlar.

Onların sözlərinə görə, yağışlı havalarda vəziyyət daha bərbad olur:

“Bütün küçələr, hətta yaşayış olmayan yerlər də asfaltlandı, amma bizim küçəmiz qaldı. Dəfələrlə bələdiyyəyə, İcra Hakimiyyətinə, müraciət etdik, şikayətlərimizi bildirdik. Amma bizim şikayətlərə baxılmadı”.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, bütün asfaltsız küçələrin siyahısı aidiyyəti quruma təqdim olunub: “Hətta növbəti hazırlanan proqrama da salınıb. Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) tərəfindən növbəti illərdə sözügedən ərazi asfaltlanacaq”.

Ətraflı Baku TV-nin süjetində:

Facebook-da paylaşскачать dle 12.1