Bia.Az

Qida zəhərlənməsinə yaxşı təsir edən qidalar hansılardır?

Sosial
 5-02-2024, 19:34     201

Qida zəhərlənməsi ürəkbulanmadan tutmuş həyat üçün təhlükəli nəticələrə qədər hər şeyə səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, bulantı və mədə ağrısı, qarın nahiyəsində kramplar, qusma və ishal, başgicəllənmə və baş ağrısı, iştahsızlıq, anoreksiya, yüksək hərarət, soyuq tərləmə və titrəmə, zəiflik və yorğunluq, qanlı nəcis qida zəhərlənməsinin əlamətləridir.
Semptomlar zəhərli yemək yedikdən təxminən 30 dəqiqə sonra özünü göstərir. Ancaq zəhərlənmə 30 dəqiqədən 28 günə qədər də görünə bilər. 
Yuxarıda göstərilən simptomları hiss etsəniz, dərhal həkimə müraciət etməlisiniz. 
Zəhərlənmə ilə qarşılaşıb həkimə getməsəniz, sidiyə getmə tezliyi azalar, ağızda quruluq, 3 gündən çox davam edən ishal, danışmada çətinlik, 38 dərəcədən yuxarı qızdırma və görmə pozğunluqları baş verər.
Qida zəhərlənməsi zamanı hansı qidalar daha faydalıdır?
Qatıq: Antibakterial qida olan qatıq orqanizmin daha tez sağalmasına kömək edir. Bədəndən zərərli maddələrin çıxarılmasını da asanlaşdırır. Çəmənotu toxumu mədə ağrılarına yaxşı təsir edir. 1 xörək qaşığı qatığa 1 çay qaşığı çəyirdək əlavə edib istehlak etməklə ürək bulanması və ağrıları aradan qaldıra bilərsiniz. 
Banan: Qida zəhərlənməsi zamanı meydana gələn qusma, ishal və ürəkbulanmaya qarşı banan çox təsirlidir. Püre şəklində istehlak etmək həzmi daha da asanlaşdırır. 
Sarımsaq: Antibakterial, antifungal və antiviral təsir göstərən sarımsaq zəhərlənməyə səbəb olan bakteriyalarla mübarizə aparır. Bir stəkan suya 2 diş sarımsağı qoyun və qaynadın. Bu suyu içməklə simptomları azalda bilərsiniz. Təzyiq xəstələrinə sarımsaq qəbul edərkən diqqətli olmaları tövsiyə olunur.
Bal: Zəhərlənmədən sonra bal mədəyə sakitləşdirici təsir göstərir. Gündə 3 dəfə çay qaşığı kimi qəbul edilməlidir. Onu bitki çaylarına da əlavə etmək olar. 
Limon: C vitamini mənbəyi kimi tanınan limon qida zəhərlənməsinə səbəb olan bakteriyaları öldürməkdə çox təsirlidir. Bir xörək qaşığı limon suyuna yarım çay qaşığı şəkər əlavə edib gündə iki dəfə içə bilərsiniz. 
Zəncəfil: Həzm problemlərinə çox faydalı olan zəncəfil ürəkbulanma, ishal və ağrılara da müsbət nəticə verir. Nahar və axşam yeməyindən sonra bir stəkan zəncəfil çayı içmək şikayətləri azaltmağa kömək edəcək. 
Reyhan: Reyhan qida zəhərlənməsinin yaratdığı problemlərin aradan qaldırılmasında da təsirlidir. Reyhanı çay kimi dəmləyib istehlak edə bilərsiniz. Şirinləşdirmək üçün baldan istifadə etmək olar.скачать dle 12.1