Bia.Az

Cəbrayılda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq - FOTO

Sosial
 28-01-2024, 17:13     194

Cəbrayılda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

Bu barədə BİA.az-a Şərqi Zəngəzur İqtisadi Rayonundakı 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən  bildiriblər.

Belə ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.скачать dle 12.1