Bia.Az

Pensiyaların artımı ilə bağlı SON XƏBƏR – Tanınmış iqtisadçı açıqladı

Sosial
 15-01-2024, 20:12     324

İctimaiyyətdə pensiyaların artım faizinin 14-16 faiz olacağı ilə bağlı gözləntilər var idi. Lakin artımın 14-16 deyil, 10.8 faiz olması birmənalı qarşılanmayıb. İnsanlar ərzaq və digər məhsulların dəfələrlə bahalaşdığını bildirərək, pensiya və əmək haqlarının daha çox artırılmasını istəyirlər. Maraqlıdır, pensiyalar necə tənzimlənməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, Azərbaycan sosial dövlət olduğu üçün onun dövlət büdcəsinin xərclərinin böyük bir hissəsini sosialyönlü xərclər təşkil edir.

Onun sözlərinə görə, bu xərclər demək olar ki, hər il davamlı şəkildə artırılır:

“Baxın, əgər 2020-ci ildə sosial xərclər 9,8 milyard manat olmaqla Dövlət büdcəsi xərclərinin 36,7 faizini təşkil edirdisə, 2024-cü ildə bu göstəricilərin müvafiq olaraq 15,8 milyard manat və 42,9 faiz olması nəzərdə tutulur. Eyni qayda ilə 2024-cü ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2022-ci ilin büdcəsi ilə müqayisədə 1 milyard 78 milyon manat və ya 31,1 faiz çox vəsait deməkdir”.

Fikrət Yusifov
Sabiq nazir deyib ki, təqaüdlərin indeksləşdirilməsi hər il ölkədə orta aylıq nominal əməkhaqqının artım sürətinə uyğun müəyyən edilir:
“Keçən ilin 11 ayının yekununa görə bu rəqəm 11,2 faiz təşkil edir. Yaxın günlərdə həmin göstəricinin 2023-cü ilin yekunlarına görə hansı səviyyədə olacağını biləcəyik. Dövlət Statistika Komitəsi bu məlumatı yayımlayacaq və təqaüdlərin indeksasiyası üçün onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərəcək. Bu təsbitlənmiş qaydadı və pensiyaların indeksləşdirilməsi həmin qaydaya uyğun aparılır. Ola bilər ki, keçən ilin ortalarında və ya sonlarına yaxın kimlərsə mətbuatda, sosial şəbəkələrdə bir başqa proqnozlar barədə fikir səsləndiriblər. Lakin bütün bu çıxışlar, səsləndirilən fikirlər ölkədə təqaüdlərin indeksləşdirilməsi üçün əsas ola bilməz. Bir sözlə, ölkədə növbəti il üçün təqaüdlərin indeksləşdirilməsi əvvəlki ilin nominal orta aylıq əməkhaqqının artım səviyyəsinə uyğun aparılır”.скачать dle 12.1