Bia.Az

Bu yumurtanın qiymətinin daha da bahalaşmasına səbəb olacaq: - İqtisadçıdan ŞOK PROQNOZ

Sosial
 15-01-2024, 19:54     206

2023-cü ilin dekabr ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
Dövlət Statistika Komitəsindən ”APA-Economics”ə verilən məlumata görə, bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətində olub.


Ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Belə ki, bahalaşan məhsullar arasında yumurtanın adı da çəkilir.
Bəs, bu Azərbaycandan Rusiyaya edilən yumurta ixracı ilə bağlıdırmı? Bu tendensiya belə davam edərsə, yumurtanın qiymətində yenidən artım gözlənilirmi?

Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert, Eldəniz Əmirov bildirib ki, istehsal olunan yumurta həcmini və ölkəmizdə yumurtaya olan illik tələbatı müqayisə etsək deyə bilərik ki, Azərbaycan tələbatı ödəmək iqtidarındadır:

"Eyni zamanda ölkə müxtəlif ərazilərə Rusiyaya və yaxın şərq istiqamətində yumurta ixracını həyata keçirir. Lakin son günlər Azərbaycan tərəfindən Rusiyaya yumurta ixracının artırılmasına dair müraciətdən sonra, ölkəmizdə bu məsələyə baxılmış və məhsulun ixrac həcmi artırılmışdır. Bu da təbii olaraq daxili bazara öz təsirini göstərir. Əgər gələcəkdə istehsal həcmi artırılmadan Rusiyaya ixrac yüksəlsə, bu yumurtanın qiymətinin daha da bahalaşmasına səbəb olacaq".
скачать dle 12.1