Bia.Az

ABB müştərisinə belə problem yaradır... - GİLEY

Sosial
 1-12-2023, 14:39     753

"Xahiş edirəm bu şikayətimi işiqlandırın. Deməli, şikayətim ABB-dəndir. Kartım üzərimdə olmadığı üçün "Cash by Code" etdim , yəni pulu nömrəyə atırsan kod gəlir bankmata onu yazıb çıxarırsan.

Kod gəlmədi , yığdım Banka dedim ki, bəs, kod gəlmədi, amma pulu çıxdınız balansımdan... Operator deyir, texniki xəta olub, 72 saata qayıdacaq.

Deyirəm, bəs mən indi neyniyim? Bəlkə o pul mənə bu saniyə vacib idi? Deyir, əlimizdən gələn heç nə yoxdur, texniki xəta olub... oturun 3 gün gözləyin.

Müştəriyə qarşı hörmətsizliyin ən böyüyü... Söz tapa bilmirəm deməyə, ABB!"

Mənbə: "Müştərinin Səsi"
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)скачать dle 12.1