Bia.Az

Bir qrup qazinin özünəqəsd üçün dərman içdiyi deyilir

Sosial
 1-12-2023, 14:23     549

Sabirabad rayonunda bir qrup Vətən müharibəsi iştirakçısı – Zeynalov Sənan, Zeynalov Fərid və İsgəndərzadə Əlinin intihara cəhd etdiyi iddia olunur.

Bu barədə “Gənc qazilər” ictimai birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Hacı Vəliyev sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, intihara cəhd edən qazilər 2 ilə yaxındır, fərqli vaxtlarda, dəfələrlə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Siraqəddin Cabbarova rəsmi və qeyri-rəsmi müraciət edərək onlara qanunla nəzərdə tutulmuş torpaq sahəsinin ayrılmasını xahiş ediblər:

“Müraciət cavabsız qaldığı təqdirdə, qazilər Prezident Administrasiyasının Vətəndaşların qəbulu şöbəsinə üz tutublar. Orada bir neçə dəfə cənab İlham Əliyevin köməkçisi Zeynal Nağdəliyevin qəbulunda olublar, faktları təqdim ediblər, onlara köməklik etməsini xahiş ediblər. Hörmətli Z.Nağdəliyev Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova zəng vuraraq, qazilərin yaranmış problemlərini aradan qaldırması ilə bağlı tapşırıq  verib.

Bundan sonra, qazilər problemlərinin həllinə inanaraq, Sabirabad Rayon İcra Hakimiyyəti binasına yaxınlaşıblar. Sabirabad rayon icra başçısı, bələdiyyə sədri olan şəhid atasını qazilərin qabağına çıxararaq insident yaradıb. Qazilər buna etiraz olaraq dərman içərək intihara cəhd ediblər”.
Qeyd olunur ki, intihara cəhd edən qazilər hal-hazırda Sabirabad rayon xəstəxanasındadırlar, vəziyyətləri barədə tam məlumat yoxdur.скачать dle 12.1