Bia.Az

İH başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - Təkzibdə təsdiq (FOTO)

Sosial
 13-03-2023, 12:19     224

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları “iməcilik” adı altına məcburi əməyə cəlb edib.

Bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib.
Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı altında məcburi şəkildə küçələr təmizlətdirilib.
Məlumata görə, iməciliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayiəti ilə yol kənarlarındakı tullantılar və səkilər təmizlətdirilib, digər abadlıq işləri gördürülüb.
Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi texnika ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara gördürür.
Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən telefon zənglərinə cavab verilməyib.
Ancaq məlumat dərc olunandan sonra Şirvan şəhər İcra Hakimiyyətindən redaksiyamızın elektron poçtuna daxil olan məktubda bildirilir ki, sizin “İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdi” başlıqlı paylaşımınıza cavab olaraq bildiririk ki, 11 mart 2023-cü il tarixdə elimizin adət-ənənələrinə uyğun olaraq, bahar fəslini “Təmiz Şirvan”la qarşılamaq məqsədi ilə Şirvan şəhər ərazisində ümumşəhər iməcliyi təşkil olunub.
"Təkzib" adı qoyulan məktubda təsdiq olunur ki, iməcilikdə xidmət təşkilatlarının əməkdaşları ilə yanaşı, şəhərin digər idarə və müəssisələrinin nümayəndələri də yüksək fəallıq nümayiş etdiriblər: "Hər bir müəssisənin əməkdaşları həmin müəssisənin xidməti ərazisinin təmizlənməsində iştirak edib.
İməclik Novruz bayramına hazırlıqla əlaqədar sakinlərin könüllü iştiakı ilə keçirilib. Ona görə də heç bir məcburiyyətdən söhbət gedə bilməz.
Ümumşəhər iməcliyi barədə 11 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsində məlumat paylaşılıb. İnternet saytlarından əsassız, böhtan xarakterli məlumatların paylaşılmaması xahiş olunur".
скачать dle 12.1