Bia.Az

Laçının Ağcakənd kənd sakini Suraxanıda intihar etdi - Səbəbi...

Sosial
 9-03-2023, 10:45     506

Bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunmuşdur. Onun intihar etdiyi bildirilir.

BİA.az xəbər verir ki, yaxınlarının və kənd sakinlərinin dediyinə görə hadisəyə səbəb Binə qəsəbəsindəki ailəyə məxsus 2 otaqlı evin İntiqam Zamanovun oğlu Elgün və həyat yoldaşı Məlahət tərəfindən satmaq istəmələri olmuşdur. Buna İntiqam Zamanov qəti etiraz etmişdir. Ona görə də ana və ogul İntiqam Zamanovu biabırcasına şərləmək qərarına gəlmiş və ondan Suraxanı rayon polis idarəsinə şikayət etmişlər.

Suraxanı rayon polis idarəsində araşdırma aparılmış, heç bir dəlil və sübut olmadıgından o, sərbəst buraxılmışdır.

Geri qayıdan İntiqam Zamanov oğlu Elgün və həyat yoldaşı Məlahət tərəfindən evindən qovulmuşdur. Qohumlarının evində gecələyən İ. Zamanov 15.11.2022-ci il tarixdə Space TV-nin "Gəl, Danış Amil Xəlil ilə" verilişinə çıxmışdır.

Ondan sonra o, bacısı Diləfruza zəng edərək oğlu Elgün və həyat yoldaşı Məlahət tərəfindən bu şəkildə şərlənməyinə və evinin əlindən alınmasına dözə bimədiyini bildirmişdir. Elə meyiti aşkar ediləndə də cibindən həmin mövzuda məktub cıxmışdır. 

Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır. Mərhumun yaxınları bildirirlər ki, istintaq başdansovdu aparılır, bütün məlumatı olan şəxslərdən ifadə alınmır. Ona görə də ölkənin Baş prokuroru cənab Kamran Əliyevdən xahiş edirlər ki, bu cinayət işinin xüsusi nəzarətə götürülməsinə göstəriş versin.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1