Bia.Az

Virus şiddətlənir!: Məktəb və bağçalar bağlanır? - AÇIQLAMA

Sosial
 25-01-2023, 15:02     234

Bir müddətdir, Azərbaycanda əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus sürətlə yayılır və həftələrlə davam edir.
Sözügedən xəstəlik güclü boğaz ağrısı, yüksək hərarət, öskürək və qulaq ağrısı ilə müşayiət edilir.

Səhiyyə Nazirliyi də bir neçə gün əvvəl kəskin respirator virus infeksiyası ilə bağlı əhaliyə xəbərdarlıq etmişdi. Bildirilirdi ki, bəzi şəxslərdə xəstəlik əlamətlərinin qısa müddətdən sonra yenidən qayıtması və xəstəliyin dalğavari gedişi onlarda immunitetin zəif olması, ikincili bakterial infeksiyanın qoşulması və ya başqa respirator virusa yeni yoluxma ilə əlaqəli ola bilər.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə “Sherg.az”a açıqlamasında deyib ki, məktəb və bağçaların açıq olması xəstəliyin yayılmasında böyük rol oynayır:

“İki həftə məktəb və bağçaların fəaliyyəti dayandırılsa, bəlkə də virusun yayılması azalar. Uşaqların halı çox bərbaddır. İnfluenza virusu çox ciddi bəladır”.
скачать dle 12.1