Bia.Az

9 yaşlı övladı ürək qusurlu, özü isə 2-ci qrup əlildir - Çarəsiz ana kömək istəyir

Sosial
 25-01-2023, 14:58     233

29 yaşlı Simuzər Həsənova redaksiyamıza müraciət edərək, azyaşlı övladı və özü üçün yardım istəyib.

S.Həsənova bildirib ki, 2-ci qrup əlil və epilepsiya xəstəsi olduğu üçün işləmək imkanı yoxdur. Ürək qüsurlu doğulan 9 yaşlı övladı Pərviz Həsənovun isə müalicəyə və yaxşı qidalanmağa ehtiyacı var:

“Mən özüm 9 yaşımdan 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində böyümüşəm. Uşaqlıqdan sümük boşluğundan əziyyət çəkmişəm və buna görə valideynim tərəfindən tərk edilmişəm. 18 yaşım olarkən sərnişin daşıyan avtobusda qəzaya uğradım və ağır zədələr aldım ki, bu da sağlamlığımda daha böyük fəsadlar yaratdı. Buna görə də işləmək imkanım yoxdur.

Övladım Pərviz isə ürək qüsuru ilə doğulub, ürəyində dəlik var. Hazırda övladımın 9 yaşı olmasına baxmayaraq, 5 yaşlı uşağa oxşayır, çox zəifdir, inkişafdan geri qalıb, danışığında problemlər var.

Həkimlər deyir ki, Pərviz ciddi müalicə almalıdır, lakin ilk öncə yaxşı qidalanmalıdır ki, ürəyindəki həmin dəlik bağlansın. Lakin mənim heç cür imkanım yoxdur, yalnız ayda 180 manat əlliliklə bağlı pensiya alıram. Bu isə heç bir tələbatımıza çatmır.

Övladım ilə birgə ağır vəziyyətdə yaşayırıq, heç bir yerdən köməyimiz yoxdur. İmkanı olan şəxslərdən xahiş edirəm, bizə yardım əlini uzatsınlar”.

Yardıma ehtiyacı olan bu tənha anaya və onun 9 yaşlı övladına köməklik göstərmək istəyən şəxslər aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: (055) 994-16-46.

Musavat.com
скачать dle 12.1