Bia.Az

“Müfəttiş”in müasir personajları, hazırlayacağınız hesabat başınıza dəysin!!!

Siyasət
 23-10-2022, 01:29     224

Adam bir anlıq düşünür ki, Ermənistan nə belə matah olub, uruqvaylıdan tutmuş, hindistanlıya, firəngdən farsa, avropalıdan amerikalıyadək hamısı tökülüb gəlib bir ovuc erməninin yanına. Nelson Palesinin “saxtakarlıq məbədi”ndə “timsahın göz yaşı axıtması” yalan olub, indi axışıb gələnlərin yanında. Deyək ki, o, ixtiyar yaşında olan qadın idi, ölür gününü yada salıb ağladı, bəs, “it ilxısı, köpək” sürüsü kimi tökülüb gələnlərə nə olub?

Bu kimi düşüncələrin ardınca adamın yadına düşür ki, axı, məsələ düşündüyümüz qədər sadə deyil. 1920-ci ilin elə bu faktlarında Zəngəzurun Azərbaycandan qoparılıb, Azərbaycan torpaqlarında yaradılmış qondarma erməni dövlətinin ərazisinə qatanlardır yenə də suları bulandıranlar, bulanıq suda balıq tutmağa cəhd göstərənlər. O vaxt 9 min kv km-lik Ermənistanın ərazilərinin Azərbaycanın hesabına 28 min kv km-dən artığa çatdırılması zamanı kim yetişdi harayımıza? Demək olar ki, heç kim, 1918-ci ildə şimallı-cənublu azərbaycanlıların soyqırıma məruz qoyulması zamanı köməyimizə yetişmiş Osmanlı Türkiyəsinin də başını qatmışdı imperialist dairələr, hətta Türkiyənin əraziləri hesabına 150 min kv km-lik Ermənistan dövlətinin yaradılması planı var idi masada.
Ermənistan hansı əraziləri Azərbaycana qaytaracaq? ŞOK ƏRAZİLƏR - Alp.Az
Ondan sonra nə dəyişib axı? Demək olar ki, münasibəti eynidir. Bir əsrdən çox müddətdə Türkiyəyə qarşı saxta “soyqırım” iddiasını parlamentlərində qəbul edən, hətta “soyqırımı” inkar edənlərə qarşı “cəza qanunu” qəbul edən riyakarlar türklərə qarşı ermənilərin törətdiyi cinayətləri görməzdən gəldilər. Qarabağın işğalda olduğu dönəmlərdə də körpə qatillərini himayə etdilər. Üstəlik, Türkiyənin Avropa ailəsinə üzv olmasına var gücləri ilə müqavimət göstərdilər. 102 il əvvəl Turan qapısının, Zəngəzurun qoparılmasını gerçəkləşdirənlər bu gün o qapının – dəhlizin açılmasını təbii ki, istəməz, təəccüblənməməli, heyrətlənməməliyik üzləşdiyimiz münasibətdən...
Azərbaycan təkbaşına, qəhrəman oğulların canı, qanı bahasına işğal altındakı torpaqlarını azad edib. Amma təkcə bu ərazilərdə mina qurbanlarının sayı 260-ı keçib. Qarabağın, Şərqi Zəngəzurun işğalı illərində heç nə olmamış kimi davranan beynəlxalq heç olmasa 2021-ci il Ermənistan istehsalı olan minaların basdırılmasının yolverilməzliyi barədə mövqe qoymur. Amma bir-birinin ardınca Ermənistana müfəttişlər yollayırlar. Guya Azərbaycan 13 sentyabr döyüşlərində Ermənistana qarşı qeyri-adekvat addım atıb. Ayağımızın altına mina basdıran, sərhədlərin dəqiqləşməsinə qarşı çıxan, dinc sakinlərimizi hədəfə alan, hətta bu günlərdə də atəşkəsi davamlı pozan erməni qalıb bir tərəfdə, yenə də ittiham olunan Azərbaycandır, ədalət ummuruq, çoxdan əlimizi üzmüşük, alçaqlıq, riyakarlıq, şərəfsizlik belə olur!
Bu ərazilərin də taleyi HƏLL OLUNUR – Ermənistan öz qurduğu PUSQUYA DÜŞÜR –  KAİM.AZ
Özünü “müsəlman” ölkəsinin təmsilçiləri sayanların gerçək simasını gördük, özlərini kifayət qədər ifşa etdilər, “Mehdi ordusu”nun hərbə-zorbaları, Qafanda tez-tələsik fasadının suvağı qurumamış konsulluq açmaqla erməniləri “qoruma” layihəsi həyata keçirmələri ilə...Diqqət edin, 1920-ci ildə olduğu kimi, bu günlərdə də həmin çevrələr yenə eyni mövqe səergiləyir Azərbaycana münasibətdə. Baxmayaraq ki, bir-birinin qanını içməyə hazırdırlar, amma erməni məsələsində mövqeləri eynidir. Düzdür, rəqabətdədirlər həm də. Məsələn, İran özünü tez yetirdi Ermənistana ki, birdən Avropa İttifaqı Qafanda nümayəndəlik açar, bunlar gecikərlər. Avropanın da Əlibabanın “40 qulduru”na bənzər heyətinin ardınca da ATƏT missiya yolladı, hər hansı müzakirə, təşkilatın qərarı olmadan. Sadəcə, özlərini axırıncı yola qoyublar...Sanki erməniləri kimlərsə qırıb-çatırmış, tez özlərini yetiriblər. Kinoda necə deyir: “Bir anbardar Məmmədxanın yeri əskikdir...”
Azərbaycan torpaqlarının əbədi ilhaqına nail olmağı özlərinin peşə və həyat prinsiplərinə çevirmiş Avropa təsisatlarının içi göynəyir, bilirik. Axı, onlar erməniləri əmin etmişdilər ki, bu əraziləri heç bir vasitə ilə geri qaytarılması mümkün olmayacaq, amma Azərbaycan bayrağı dalğalanır iki ildir. Özlərinin də bölgəyə yolları kəsilib, bir çoxları “iti qovan kimi qohulub”. Ona görə də müxtəlif adlar, bəhanələrlə bölgəyə gəlməyə cəhd göstərirlər. Vicdanlı davransaydılar, Azərbaycan ərazilərində olardılar, minaya düşənlərimizin yastığının başında olardılar, həlak olanlarımıza görə terrorçu, separatçı rejimi, işğalçı Ermənistanı günahlandırardılar. Amma bunlardan ədalət görməyən Azərbaycan artıq hansısa “araşdırıcı heyət”ə də ehtiyac görmür. Həmsədr qiyafəsində “üç müşketyorlar”ın fəaliyyəti bizə yaxşı məlumdur, Qarabağ canişini Kasprşik daxil. Ona görə də arxalarınca qara daş! Azərbaycanın qapısından qovulanlar Ermənistana axışırlar.   
194590.jpg (46 KB)
Rus yazıçısı Qoqolun “Müfəttiş” komediyası yadınızdadırmı? Avropa İttifaqı və ATƏT-in müfəttişləri həmin əsərin personajlarını xatırladır. Əsərdən fərqli olaraq, gerçək müfəttiş gələcəkmi? Çətin. Saxtakarların missiyası təşəbbüsə yiyələnib. Adlarını “mülki” qoysalar da, əslində onların hansı məram-məqsədlə gəldikləri məlumdur. Yeri gəlmişkən, ATƏT müfəttişlərinə rəhbərlik edən zabitdir (Polşa təmsilçisi polkovnik Robert Arkadiuş Tkaçik)…”Xoruzun quyruğu” görünür, “Şirin quyruğu” hardadır görən? Günün birində Ermənistandan İrana qarşı hansısa planlar baş qaldırsa, təəccüblənmərik, istisna deyil ki, Tehran da məlumatlıdır və canfəşanlığı burdan qaynaqlanır. Həm də Amerika və Avropanın “sevimli maşası” olan Ermənistanı müdafiə etməsinin sirri bundadır, özünü sığortalamaq istəyir ki, “mən də sizin sevimlinizin qoruyucu mələyinizəm”-deyərək.
Avropa İttifaqı amerikalıları siyahıya salmadı - Şafaqna Azərbaycanca
Avropa İttifaqının heyəti gəlib Azərbaycan tərəfə boylanır, hələ sərhədlər dəqiqləşməyib, amma “sərhəd pozuntusundan” bəhs edirlər utanmazcasına. Ermənistanın 30 il ərzində işğalda saxladığı sərhədlərsə yada düşmür. Nikol Paşinyan İran XİN-in başçısı ilə görüşün sevrindən ayılmamış, Avropa Parlamentinin “dokladçik”i Andrey Kovaçevi qucaqlayıb. Yenə eyni sayıqlamalar, iddialar...  
Paşinyan İran XİN rəhbəri ilə görüşüb
Deyək ki, Paşinyan Ermənistanın rəhbəridir və onunla görüş normal qarşılana bilər. Bəs, həmin bu, Kovaçevin Serj Sərkisyanla görüşünə nə ad vermək olar? Sərkisyan kim olduğunu 2010-cu il dekabrın 15-də Tomas de Valla özü deyib. Sitat: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. “Ədalətli araşdırma” üçün Ermənistana gələn avropalılar Qoqolun müfəttişlərinə necə də bənzəyirlər...
er.jpg (22 KB) 
Uşaq, qadın, qoca qatili ilə görüşən Avropa Parlamenti təmsilçisinin hazırlayacağı məruzə onun və həmfikirlərinin başına dəysin!!!
Avropa İttifaqının müfəttişləri 366-cı alayın komandiri olmuş Seyran Ohanyan, ATƏT heyəti də qatil Robert Köçəryanla görüşsün, hesabat hazırlasınlar. Sizin ədalətinizə...
Elşad Paşasoy,
Musavat.comскачать dle 12.1