Bia.Az

Rusiyanın Ukraynanı “şaqqalamaq” planı – “Daha 4 vilayətdə referendum keçirilməlidir”

Siyasət
 23-10-2022, 01:12     184

Rusiya KİV-nin yaydığı məlumata görə, işğal atında olan Krımda hesab edirlər ki, Ukraynanın daha dörd bölgəsində Rusiya Federasiyasının (RF) tərkibinə «daxil olmaq» barədə referendum keçirilməlidir (EADaily).

Bu fikri “RİA Novosti” agentliyinə Krım parlamentinin başçısı Vladimir Konstantinov söyləyib.

Onun sözlərinə görə, səsverməni 4 vilayətdə keçirmək lazımdır və onların azad olunması «qaçılmazdır».

«Keçmiş Ukraynanın bölgələri arasında Nikolayev vilayəti var ki, bu bölgə Rusiyanın tərkibinə daxil olmaq barədə referendum keçirməlidir, yalnız vaxtı müəyyən etmək qalır. Həm də Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində refrendum keçirmək lazımdır… Bu bölgələr növbədə öndədirlər» - Konstantinov deyib.

O, həm də hesab edir ki, Ukraynanın deinteqrasiyası və onun dövlət kimi, parçalanması prosesi bununla məhdudlaşmayacaq. Onun fikrincə, növbədə ikinci sırada Sum, Poltava, Çerniqovdur. Konstantinov tamamilə əmindir ki, referendumların nəticələri asan proqnoz olunandır, belə ki, insanlar artıq müharibədən yorulublar.

«Əminəm ki, uyğun şərait daxilində onlar Rusiyanı seçəcəklər… Biz, onlara kömək edəcəyik, yalnız vaxt lazımdır» - Konstantinov əlavə edib.

Beləliklə, aydın olur ki, Rusiyada faşistlər həm də «referendum azarı»na tutulublar, necə deyərlər, «Krım referendumu» presendentinin «ilıq mehi» altında uyuyaraq, «iştah diş altındadır» yuxusu görürlər./AzPolitika.info/скачать dle 12.1