Bia.Az

Putin bu gün müharibə elan edəcək? - “Yaxın günlərdə...”

Siyasət
 5-10-2022, 16:23     44

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında müqavilələrin ratifikasiyasını təsdiqləyib.

Rusiya Prezidenti oktyabrın 3-də Dövlət Duması, 4-də Federasiya Şurasının ratifikasiya etdikləri müqavilələri və federal qanunu imzalayıb.

Yəni Rusiya qanunlarına görə, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri artıq onların öz əraziləridir.

Amma müharibə davam edir. Ukrayna işğal altında olan torpaqlarını azad etmək üçün əməliyyatlar keçirir. Rusiya isə bu günə qədər Ukraynada xüsusi əməliyyat apardığını deyirdi. Kremlin mövqeyinə görə isə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri Rusiyanın ərazisidir.

Putin bunu əsas gətirərək Ukraynaya rəsmən müharibə elan edə bilərmi? Nəzərə alsaq ki, Rusiyada səfərbərlik elan olunub, bu, Rusiyanın müharibə elan etməsi ehtimalını gücləndirir.

Politoloq Qabil Hüseynli açıqlamasında deyib ki, Rusiya güc yolu ilə işğal etdiyi Ukrayna torpaqlarını öz ərazisinə birləşdirməsi heç bir beynəlxalq hüquq normalarına sığmır:

“Rusiyanın ağlından hər gün bir şey keçir. Ona görə də dünyanın heç bir ölkəsi tərəfindən qəbul edilmir. Bu, qeyri-qanuni bir aktdır. Suverən bir dövlətin ərazilərini qəsb etmək, orada yalançı, kağız üzərində referendum keçirmək dünya tərəfindən qəbul edilməz, necə ki, edilmir. İndi Putinin verəcəyi hər hansı bir qərarının, hansı sənədin ratifikasiya etməsinin heç bir əhəmiyyəti yoxdur. Müharibə davam edir.

Müharibə Ukraynanın 1991-ci il sərhədlərinin təmin edilməsinə qədər davam edəcək. Son günlər “referendum parodiyası”ndan sonra Ukrayna Ordusu daha cəsarətlə hücuma keçib. Artıq Xersonun, Donetskin müəyyən hissəsi azad olunub. Yalnız Luqansk və Krım qalıb. Xerson şəhəri isə yaxın günlərdə mühasirəyə düşmüş rus əsgərlərinin ya təslim olması, ya da əsir düşməsi ilə tam azad olunacaq.

Rusiyanın öz xalqına və dünya ictimaiyyətinə sırımaq istədiyi məsələlər yaxın zamanlarda tamamilə farş olunacaq. Bu ilinin sonuna qədər Rusiyanın tamamilə məğlub olacağını düşünürəm. Sonrakı mərhələdə isə Rusiyanın daxilində ciddi hadisələrin baş verəcəyi qənaətindəyəm”.
//Cebhe.info//скачать dle 12.1