Bia.Az

"Hökumət erməni xalqını yeni, ölümcül güzəştlərə hazırlayır" - İrəvandan BƏYANAT

Siyasət
 5-10-2022, 15:54     168

“Sülh erası” vəd edən və bu vədlə saxtakarlıqla səs qazanan hakimiyyətin xarici siyasəti, ordu quruculuğu, dövlət idarəçiliyi tam uğursuzluğa düçar olub. Bütün bunlar Nikol Paşinyanın qeyri-legitimliyini sübut edir”.

BİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu fikirlər Ermənistan parlamentinin “Hayastan” fraksiyasının verdiyi bəyanatında deyilir.

Bəyanatda daha sonra vurğulanır: “Ermənistanın indiki hakimiyyətinin cinayətkar fəaliyyətsizliyindən və dilənçilik siyasətindən istifadə edən Azərbaycan ölkəmizə təcavüz edir. Ermənistan əraziləri işğal olunub, suverenliyimiz və vətəndaşlarının yaşamaq hüququ təhlükə altındadır.

Nikol Paşinyanın Ermənistanın müstəqillik bəyannaməsinə zidd bəyanatları bizim üçün qəbuledilməzdir.

Biz Qarabağ münaqişəsinin həlli, yəni Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və müzakirəsiz tanınması ilə bağlı “Artsax Respublikası” Təhlükəsizlik Şurasının sessiyasında bir daha təsdiq edilmiş mövqeyi müsbət qiymətləndiririk”.

Biz Ermənistan dövlətinin hələ də mövcud olmasına imkan verən kövrək təhlükəsizlik sistemini çökdürən hakimiyyətin daxili və xarici siyasətini pisləyirik.

“Etibarlı mənbə” adı altında gizlənən hökumət erməni xalqını yeni, ölümcül güzəştlərə hazırlayır və eyni zamanda anti-Rusiya isteriyasına rəvac verir, onun uğursuzluqlarının günahkarlarını üzə çıxarmağa çalışır. Və bu, o halda baş verir ki, Rusiya sülhməramlıları Artsax ermənilərinin yaşamaq hüququnu təmin edir və Ermənistan-Türkiyə sərhədində Rusiya hərbi bazası yerləşir.

Xalqımızın Ermənistan və Artsax ətrafında baş verən hadisələrlə bağlı Rusiya Federasiyası və KTMT-nin davranışı ilə bağlı çoxlu sualları var, lakin bütün bunlarla yanaşı, Ermənistanda antiRusiya təbliğatı aparması və ölkəmizi kəskin geosiyasi qarşıdurmaya salması qəbuledilməzdir.

İndiki hakimiyyətin Rusiya-Qərb münaqişəsində Ermənistanı sikkəyə çevirmək kimi avantürist siyasəti ölkəmiz üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. Əminik ki, yalnız hakimiyyət dəyişikliyi şəraitində Rusiya və İranla strateji-müttəfiqlik münasibətlərini bərpa etmək, eləcə də Qərblə münasibətlərdə etibarlı, proqnozlaşdırıla bilən və hörmətli tərəfdaşa çevrilmək olar”.

Bəyamatda daha sonra qeyd edilir ki, “Həqiqi və ləyaqətli sülh yalnız dövlətin səmərəli daxili və xarici siyasəti, peşəkar komanda, ordunun bərpası, geniş ictimai birlik və həmrəylik, Ermənistanın yeni danışıqlar aparması ilə təmin edilə bilər”.
скачать dle 12.1