Bia.Az

Bakıda İRANA ÖLÜM OLSUN şüarı səsləndi... - AKSİYA

Siyasət
 29-09-2022, 16:40     68

İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib.

BİA.AZ APA-ya istinadla xəbər verir ki, aksiya iştirakçıları İranda son günlər baş verən hadisələrə etirazlarını bildiriblər.

Aksiya iştirakçıları səfirlik qarşısında öz bəyanatlarını səsləndiriblər. Bəyanat səfirlik əməkdaşına təqdim olunub.

Onlar “Cənubi Azərbaycana azadlıq!”, “Rədd olsun molla rejimi!”, “İrana ölüm olsun!”, “Rədd olsun diktator!”, “Molla rejimi, qətliamı dayandır!”, “Azadlıq! Ədalət”, “Milli hökümət” şüarları ilə çıxış ediblər.

Polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.
скачать dle 12.1