Bia.Az

"Rusiyanın nüvə zərbəsinə NATO-nun cavabı dağıdıcı olacaq" - Polşa XİN

Siyasət
 29-09-2022, 16:15     202

NATO Rusiyanın taktiki nüvə silahından mümkün istifadəsinə ənənəvi, lakin dağıdıcı şəkildə cavab verməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau Amerikanın NBC News telekanalına müsahibəsində deyib.

Raunun fikrincə, Rusiyanın nüvə silahından istifadəsinə cavab “sərt və möhkəm” xarakter daşımalıdır. “NATO adi şəkildə cavab verməlidir, lakin bu cavab dağıdıcı olmalıdır”,-deyə o,qeyd edib.

Polşalı nazir Baltik dənizində qaz-boru kəmərlərini partladılmasında Rusiyanın əlinin olduğuna işarə vurub. Onun sözlərinə görə, Kreml “Avropanın enerji təhlükəsizliyinin təmin olunmadığını göstərməklə Avropanı qorxutmaq istəyir. Demək istəyirlər ki, “Şimal axını” qaz kəmərinə zərər verə bilirsək, eyni şeyi Baltik boru kəməri ilə də həyata keçirmək olar”,-deyə o, bildirib.

Eyni zamanda, Rau qaz kəmərlərində baş verən sızmalara görə Twitter-də ABŞ-a “təşəkkür” edən Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorskini tənqid edib. "Rusiyanın NATO ölkələrinə qarşı hibrid müharibəsində Radoslav Sikorski yanlış tərəfi tutdu",-deyə Rau bildirib.скачать dle 12.1