Bia.Az

Paşinyan Praqaya Azərbaycanla sülh müqaviləsinin mətni ilə GEDƏCƏK - Ermənistan KİV

Siyasət
 29-09-2022, 13:44     213

Paşinyan Praqaya Azərbaycanla sülh müqaviləsinin mətni ilə gedir.

BİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə erməni nəşri “Past” məlumat yayıb. Nəşr bildirir ki, Paşinyan oktyabrın 6-da sülh müqaviləsinin mətninin ilkin variantı ilə Praqaya (Çexiya) yola düşəcək.
Qəzetin yazdığına görə, sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə görüş keçirilib.

Görüşdə əsasən sülh müqavilsəinin mətninin ilkin versiyaları müzakirə edilib. Qriqoryan və Hacıyev öz yanaşmalarını təqdim edərək üçtərəfli formatda konsensus variantına nail olmağa çalışıblar.

“Past”ın yazdığına görə, Paşinyan əlində sülh müqaviləsi mətninin ilkin variantı ilə Aİ-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün noyabrın 6-da Praqaya yola düşəcək.

Daha əvvəl xəbər verdiyimiz kimi, Paşinyan sazişin mətni üzərində işi sürətləndirməyi tapşırıb və deyib ki, variant ən geci noyabrın əvvəlində hazır olsun.

Lakin görünən odur ki, prosesin tempi daha da sürətlənib və oktyabrın 6-da müqavilənin ilkin variantı ilə Paşinyan Praqaya yola düşəcək.

Qeyd edək ki, Praqada Paşinyanın Ərdoğan və Əliyevlə görüşü gözlənilir.

Onu da bildirək ki, Azərbaycan XİN Ermənistan Silahlı Qüvvələrinin dünənki təxribatı ilə bağlı açıqlamasında növbəti sammit görüşü ərəfəsində ermənilərin bunu məqsədyönlü şəkildə etdiyini qeyd edib.
скачать dle 12.1