Bia.Az

Rusiyanın bəslədiyi separatçı ABŞ-da Xocavəndi Qlendeyllə “qardaşlaşdırdı”… - SEYRÇİ QALACAĞIQ?

Siyasət
 29-09-2022, 13:36     211

Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan Xocavənd şəhəri ilə Amerikanın Kaliforniya ştatının Qlendeyl şəhərinin “qardaşlaşması”” haqda üzdəniraq “dostluq bəyannaməsi” artıq imzalanıb.

BİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Məlumata görə, sözügedən heç bir hüquqi qüvvəsi olmayan “bəyannamə”ni sentyabrın 28-də Azərbaycan torpaqlarında Rusiyanın himayəsində bəslənən separatçı-terrorçu rejimin üzdəniraq “xarici işlər naziri” David Babayan Qlendeyl şəhərinin meri Artaşes Kasakhyan və şəhər hakimiyyətinin nümayəndələri ilə görüşü zamanı imzalayıb.
Xatırladaq ki, Moderator.az hələ avqust ayında Qlendeyl rəhbərliyi tərəfindən “qardaş şəhər” əlaqələrinin yaradılmasına dair qətnamənin yekdilliklə qəbul edilməsi” haqda məlumat vermişdi.

Qeyd edək ki, bir neçə il öncə həmin Qlendeyl şəhərində "Artsax" küçəsi də açılıb...

Ümid edirik ki, Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Qlendeyl şəhəri rəhbərliyinin bu sərsəm qərarına öz sərt münasibətini ifadə edəcək. Və tezliklə Azərbaycan dövləti və ordusu qəti tədbirlər görməklə Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. məntəqələrimiz kimi Xocavənd rayon mərkəzini də öz yurisdiksiyamıza qaytaracaq və nəticədə artıq bu növ problemlərlə qarşılaşmayacağıq…

Rusiyanın bəslədiyi separatçı ABŞ-da Xocavəndi Qlendeyllə “qardaşlaşdırdı”…
Rusiyanın bəslədiyi separatçı ABŞ-da Xocavəndi Qlendeyllə “qardaşlaşdırdı”…


скачать dle 12.1