Bia.Az

Rusiya hərbçiləri Laçının Ağanus və Fətəlipəyə kəndlərində patrul xidməti icra edir... - AXI NİYƏ?!

Siyasət
 2-09-2022, 10:25     328

Xəbər verdiyimiz kimi, 2020-ci ilin 44 günlük müzəffər savaşından sonra 10 noyabr üçtərəfli bəyanat-razılaşmasına əsasən Azərbaycan Respublikasının ermənilərin məskunlaşmaqda davam etdiyi beynəlxalq hüquqla tanınmış ərazilərində “sülhməramlı” adı altında müvəqqəti(!) yerləşdirilmiş Rusiya hərbi kontingenti avqustun 31-dən etibarən nəzarət-müşahidə postlarının sayını 25-dən 30-a qaldırıb.

Rusiya hərbçiləri Laçının Ağanus və Fətəlipəyə kəndlərində patrul xidməti icra edir...

BİA.AZ moderator.az-a istinadla xəbər verir ki, avqustun 31-də Laçın və Zabux “ehtiyat”la Rusiya MN-in xəritəsindən çıxarılsa da, yeni yola dəxli olmayan Fətəlipəyə kəndinin yaxınlığındakı Qubadlı-Laçın yolunun üzərində yerləşən “Şivid xarabalıqları” adı ilə qeyd olunan məntəqədə də 2-ci post saxlanılıb. Lakin sentyabrın 1-dəki xəritədən fərqli olaraq kəhnə "dəhliz"dən kənardakı 10-cu post Laçlın şəhəri yaxınlığında yerləşdirilib. Beləliklə, Həkəri çayı üzərində- sərhəddəki yeni 1-ci post da daxil olmaqla ümumilikdə köhnə və yeni Laçın “dəhliz”i ərazisində cəmi 3 post qalıb. Ancaq Laçın rayonunun Ağanus, Fətəlipəyə və Kəravuz kəndlərinin adları qeyd olunmasa da, xəritənin keçmiş Laçın “dəhlizi” hissəsindəki xüsusi ştrixlərdən Rusiya hərbi kontingentinin 10 noyabr bəyanatına zidd olaraq nəinki həmin kəndləri, Laçın şəhəri, Şuşa-Laçın və Qubadlı-Laçın yollarını da hava xətti ilə 500-1500 metr məsafələrdən nəzarətdə saxladığı bəlli olur... Bununla həm də yeni “Laçın dəhlizi” ilə köhnə “Laçın dəhliz”inin Laçın, Zabux, Sus və Qarıkahası məntəqələri istisna olmaqla qalan hissəsi ilə birləşdirilərək daha böyük ərazini əhatə etmiş olduğu meydana çıxır...

Rusiya MN-in Azərbaycan ərazisindəki Rusiya hərbi kontingentinin dislokasiyasına aid dünən sentyabrında təqdim etdiyi xəritədən isə bəlli olur ki, “sülhməramlı”lar 10 noyabr bəyanatına və 5 km-lik “dəhliz” parametrlərinə də zidd olaraq Laçın rayonunun ermənilər üçün yeni alternativ yoldan azı, 3-4 km məsafədə yerləşən Ağanus kəndinin Turşsu adlanan cənub hissəsi və Fətəlipəyə kəndləri ərazisi də daxil olmaqla Qayğı qəsəbəsi yaxınlığındakı “Şivid xarabalıqları” məntəqəsindən başlayaraq Laçın şəhərinin lap yaxınlığınadək patrul xidməti həyata keçirməyə başlayıblar. Bu isə o deməkdir ki, yeni yol ətrafında da nəinki 5 km-lik “dəhliz” yaradılıb və Laçın rayonunun Unannovu, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf kəndləri həmin “dəhliz”ə daxil ediib, üstəlik, heç bir əsas olmadan alternativ yoldan 2,5 km-dən çox məsafədə yerləşən Fətəlipəyə, Ağanus və Kəravuz kəndləri də, eyni zamanda Laçın şəhərindən çox yaxın məsafədəki yüksəkliklər də Rusiyanın və dolayısıyla separatçı hayk rejiminin nəzarətində qalıb... Və belə çıxır ki, “sülhməramlı”lar əvvəlki kimi Laçın şəhərinə, Qubadlı-Laçın və Laçın-Şuşa yollarının şəhərin girişinədək hissəsinə də nəzarət edəcəklər...”

P.S. Əgər vaxtında əks tədbir görməsək, bir neçə günə Rusiya MN alternativ yoldan 2,5 km-dən uzaq məsafədə yerləşən Dəyhan, Tərxanlı, Baldırğanlı, Qazıdərə kəndlərini, hətta strateji Susuzdağ(1687 m) və Cəddə(1696 m) yüksəkliklərini də “sülhməramlı”ların xəritələrinə daxil edəcək...
скачать dle 12.1