Bia.Az

ABŞ və Fransa səfirlərini Şuşaya getməyə kim qoymur - Politoloqdan ilginc açıqlama

Siyasət
 27-08-2022, 16:39     792

Politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ və Fransa səfirlərinin Şuşaya niyə getmək istəmədiklərinə dair maraqlı açıqlama ilə çıxış edib.

Politoloq bildirib ki, müvafiq sualı adı çəkilən ölkələrdən birinin səfirinə, digərinin isə müşavirinə verib: "Cavablarından aydın olub ki, Şuşaya səfər etmək üçün hər iki səfir öz ölkələrinin rəsmilərinin icazəsini almalıdırlar. Belə bir icazə olmadığına görə, ABŞ və Fransa səfirləri Bakının Şuşaya səfər etmək dəvətindən hər dəfə imtina edirlər. Onda sual olunur: Vaşinqton və Paris niyə Azərbaycandakı səfirlərinin Şuşaya səfərlərinə icazə vermir? Görünür, bu, Şuşanın yerləşdiyi məkanla bağlıdır. Misal üçün eyni səfirlər işğaldan azad olunan Ağdam və ya Fizuliyə səfərdən imtina etmirlər. Şuşa isə keçmiş Dağlıq Qarabağ ərazisidir və ABŞ-la Fransa səfərdən imtina etməklə demək istəyirlər ki, bölgənin “statusu” müəyyənləşməlidir. Halbuki, İkinci Qarabağ müharibəsindən sonra prezident İlham Əliyev dönə-dönə vurğulayıb ki, Qarabağa heç bir status verilməyəcək. Vaşinqton və Parisdəki dairələr erməni lobbisinin qəzəbindən də ehtiyat edirlər. Hər iki səfir Şuşaya getsələr, erməni lobbisi onların Xankəndinə də enmələrini tələb edəcək, separatçılarla görüşə isə rəsmi Bakı icazə verməyəcək".

Politoloqun fikrincə,ABŞ və Fransanın mənasız inadkarlığına baxmayaraq, bir müddət sonra hər iki ölkənin səfiri həm Şuşaya, həm də Laçına səfər edəcəklər: "Başqa alternativləri yoxdur. Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün aydın deyib ki, səfirlərin Şuşaya səfərdən imtinaları ABŞ və Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir. Vaşinqtonla Paris ermənilərin xətrinə dəyməsin deyə Azərbaycanla münasibətləri soyutmaqmı istəyir"?скачать dle 12.1