Bia.Az

Müharibədə iştiraka dair saxta arayışlara görə cinayət işləri açılıb

Siyasət
 4-08-2022, 19:20     46


44 günlük müharibədə iştiraka dair saxta arayışların verilməsinə görə iki cinayət işi qaldırılıb. Bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Toplum TV”-nin sorğusuna cavabında bildirib.
  
Məlumata görə, DTX tərəfindən İkinci Qarabağ Müharibəsində iştirak etməyən şəxslərə saxta arayışların verilməsi halları ilə bağlı məlumatlara baxılıb və toplanmış materiallar prokurorluq orqanlarına göndərilib.

Qurumdan bildirilib ki, faktla bağlı Müdafiə Nazirliyinin Tibb İdarəsi barədə də araşdırma aparılıb: “Aidiyyəti üzrə müvafiq istintaq orqanlarında 2 cinayət işi qaldırılıb”.

“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu iyulun 13-də “Toplumda debat” verilişində Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəis müavini Elxan İbrahimovun istintaqa cəlb edildiyini söyləsə də, DTX məlumatı təkzib etmişdi.скачать dle 12.1